Nida.az
Bu münasibətləri pozmaq istəyənlər bilməlidir ki... - ŞƏRH
“Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün dünyaya örnəkdir. Xüsusilə Vətən müharibəsi dövründə Türkiyə ilə Azərbaycan arasında olan sıx münasibətlər ən yüksək səviyyəyə çatdı və bu gün də keyfiyyətcə yeni müstəviyə qədəm qoyub”.
Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloqun sözlərinə görə, işğaldan azad edilən Şuşa şəhərində 2021-ci ilin 15 iyun tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa Bəyannaməsi imzalanıb: “Bu il fevralın 1-də Şuşa Bəyannaməsi Azərbaycan Respublikasının Milli Məclisində, fevralın 3-də isə Türkiyə Böyük Millət Məclisində ratifikasiya edilib. Bu bəyannamə hər iki dövlətin toplumunun rifahına xidmət etməklə yanaşı, eyni zamanda iki dost ölkənin hüquqi surətdə müttəfiqlik münasibətlərini təsdiq edəcək. Həmçinin, Şuşa Bəyannaməsində qeyd olunur ki, hər iki dövlətin ərazi bütövlüyünə və müstəqilliyinə qarşı təcavüz olarsa, qarşılıqlı şəkildə tərəflər bir-birini müdafiə edəcək. Bu, çox önəmli bir məsələdir, çünki Qarabağın və Şərqi Zəngəzurun təhlükəsizliyinin qorunmasında Şuşa Bəyannaməsi müstəsna əhəmiyyətə malikdir”.
İ.Hüseynov vurğulayıb ki, bu cür əlaqələr qurulduğu bir dövrdə münasibətlərə kölgə salmaq istəyən hər hansısa fikirlər arzuolunmazdır: “Türkiyə və Azərbaycan qardaşlığı əbədidir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan “Bir millət, iki dövlət” konsepsiyası bu gün də uğurla icra olunur. Türkiyənin qurulmasında müstəsna əhəmiyyətə malik olan Mustafa Kamal Atatürk də bildirirdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bu gün Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanındadır. Tarix boyu belə olub, bundan sonra da belə olacaq”.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






















.png)

.jpg)














