Nida.az
Dərbənddə Qurbanovların “vurulması”nda erməni barmağı – Özəl
Dağıstan Muxtar Respublikasının Dərbənd rayon icra hakimiyyətinin başçısı Qurban Qurbanova qarşı başlayan kampaniyanın arxasında erməni əli də var.
Publika.az-a Dağıstandakı mənbələrdən daxil olan özəl məlumatda Dərbənd şəhər icra hakimiyyəti başçısının icra aparatının rəhbəri, erməni əsilli Avanesov Aleksandr Ambarçumoviçin Qurbanovlar ailəsinə qarşı təxribatlar törətdiyi, onların gözdən salınması məqsədi daşıyan məlumatlar yaydığı deyilir.
Mənbə bildirir ki, şəhər icra hakimiyyətinin başçısı İmam Yarəliyev bütün işləri A. Avanesovla razılaşdırılmış formada aparır. “Onun Moskvada kifayət qədər arxası var və bu əlaqələrdən istifadə edir. Özü çox riyakar və namərd adamdır. Özünü bir qədər kölgədə saxlamağa çalışsa da, bu işdə onun da əli var. Məqsəd isə odur ki, Dərbənddə hər hansı vəzifə başında azərbaycanlı olmasın. O, əslən Dərbənd ermənisidir, Moskvada yüksək əlaqələri var. Həm də İrəvanla da tez-tez təmasa keçdiyi deyilir”,- deyə mənbə bildirib.
Qeyd edək ki, bu ilin iyulun 23-də Dağıstan Muxtar Respublikasının
rəhbəri Ramazan Abdulatipov dövlət televiziyası ilə çıxış edərək
Qurban Qurbanovu istefaya çağırıb. Q.Qurbanov isə bu posta əhali
tərəfindən seçildiyini əsas gətirərək istefa verməkdən imtina edib.
Avqust ayının 8-də Dağıstan baş prokurorluğu yanında İqtisadi
cinayətkarlığa qarşı mübarizə idarəsi icra hakimiyyətinin binasına
basqın edərək 7 illik sənədləri müsadirə edib. Hazırda rayon icra
hakimiyyətinin heç bir fəaliyyət göstərmədiyi deyilir.
Yayılan məlumatlara görə, Qurbanovun istefa tələbi Rusiya
prezidenti Vladimir Putinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi,
milliyətcə ləzgi olan general-leytenant Sergey Melikov tərəfindən
irəli sürülüb.
Qurbanovun qarşısına tələb qoyulub ki, keçmiş ədliyyə naziri,
milliyətcə tabarasan olan Azadi Rəhimovu özünə müavin təyin etsin.
Ardınca özü istefa versin və onun vəzifəsini Rəhimov icra etsin.
Artıq yerli əhalini də Qurbanova qarşı qaldırırlar. Qurbanovun həbs
təhlükəsi olduğu deyilir.
Asif Nərimanlı
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI