Nida.az
Deputat: “Azərbaycan Ermənistandan cavab gözləyir”
“Azərbaycan Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın aqibəti haqqında Ermənistandan cavab gözləyir. Qarşı tərəf uzun müddət idi ki, bu məsələyə aydınlıq gətirmirdi”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, hər iki ölkə problemli məsələlərin həll olunması üçün müəyyən addımlar atmalıdır: “Azərbaycan Ermənistana qarşı növbəti humanist addım atdı. Ötən il bizə qarşı əməliyyatlarda iştirak edib əsir düşmüş 8 diversant Fransa prezidentinin təşəbbüsü ilə öz ölkələrinə təhvil verildi. Bu onu göstərir ki, Azərbaycan qarşı tərəflə münasibətləri yaxşılaşdırmaqda maraqlıdır. Ancaq münasibətlərin normallaşması üçün qarşı tərəf də bu məsələyə ciddi yanaşmalıdır. Azərbaycan Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın insanın aqibəti haqqında Ermənistandan məlumat tələb edib.
Həmin itkin düşmüş şəxslər təkcə hər hansısa bir ailənin deyil, 10 milyondan çox Azərbaycan xalqının dəyərli oğul və qızlarıdır. Azərbaycanla Ermənistan arasında olan münasibət artıq ölü nöqtədən tərpənib. Fransa prezidentinin təşəbbüsü ilə keçirilən onlayn görüşdə Ermənistan tərəfi bu məsələlərlə bağlı öz razılığını bildirib. Onların bu cür problemlərə aydınlıq gətirəcəyinə ümid edirik. Aqibətlərindən xəbər verilməyən 4 minə yaxın insanın qohumları, əzizləri onlar haqqında məlumat almaq istəyirlər. İtkin düşmüş şəxslərin taleyi haqqında bizə məlumat verilməli və həlak olmuş şəxslərin yerləri Azərbaycana bildirilməlidir. Azərbaycan dövləti öz vətəndaşlarının taleyinə sahib çıxır və onlar haqqında Ermənistan tərəfindən məlumat istəyir”.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc









.jpg)






















.jpg)

