Nida.az
Misir qəzeti: Azərbaycan Ermənistandan məlumat tələb edir
Misirin “Əl Masr Əl Yom” qəzetində “Azərbaycan müharibədə itkin düşmüş vətəndaşlarının taleyi barədə Ermənistandan məlumat tələb edir” sərlövhəli məqalə dərc olunub.
Publika.az xəbər verir ki, məqalədə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmisinin Ermənistanın baş naziri Nikol Paşinyanın son bir il ərzində hələ Birinci Qarabağ müharibəsində itkin düşmüş 108 nəfər azərbaycanlının qalıqlarının Azərbaycan tərəfinə təhvil verildiyi barədə fikirlərinə münasibət yer alıb.
Misirli oxucuların diqqətinə çatdırılıb ki, rəsmi Bakı həmin müharibədə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə qarşı tərəfin 30 il məlumat verməməsinin səbəbini soruşub. Azərbaycan XİN-in rəsmisi qeyd edib ki, bununla bağlı indiyədək Ermənistan hökuməti tərəfindən hər hansı açıqlama verilməsə də, 30 ildən sonra itkin düşmüş minlərlə azərbaycanlıdan cəmi 108 nəfərin qalıqlarının verilməsinin səbəbləri sırasında, əlbəttə, azad olunmuş ərazilərimizdə azərbaycanlıların kütləvi məzarlıqlarının aşkar edilməsi və dəlillərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi yer alır.
Məqalədə vurğulanıb ki, Azərbaycan 44 günlük müharibədən dərhal sonra heç bir qarşılıq gözləmədən və hələ Birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş minlərlə azərbaycanlı haqqında Ermənistan tərəfindən hər hansı məlumat verilmədiyi bir halda, humanizm prinsiplərindən çıxış edərək, 1700-dən çox erməni hərbçisinin cəsədini qarşı tərəfə təhvil verib.
Sonda qeyd olunub ki, rəsmi Bakı itkin düşmüş şəxslərlə bağlı məsələni prioritet olaraq gündəlikdə saxlayır və hələ də taleyi barədə hər hansı məlumat olmayan 3700 dən çox azərbaycanlı ilə bağlı bilavasitə məsuliyyət daşıyan Ermənistan tərəfinin növbəti 30 il susqunluğuna icazə verməyəcək.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO









.jpg)

























.jpg)


