Xədicə ilə Günel savaşdı: “Pətək” məsələsi, yaxud kim kimi satıb?
Bizi izləyin

Nida.az

Xədicə ilə Günel savaşdı: “Pətək” məsələsi, yaxud kim kimi satıb?

Müsavatçı yazar, mühacirətdə yaşayan Əli Əkbərin “Qrantyeyənlər” yazısı sosial şəbəkələrdə müxalifət düşərgəsini qarışdırıb. Məsələyə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl da qoşulub və sözügedən yazıdakı fikirləri dəstəkləyən Günel Mövludu ittiham edib.

Publika.az xəbər verir ki, X.İsmayıl G.Mövluda bundan sonra dost deməyəcəyini bildirib.

“Həbsdə olan vicdanlı adamlara atılan şərə dəstək verənləri daha dost adlandıra bilmərəm. Günel Mövlud, buna haqq qazandıracaqsansa sənə də dost deməyəcəyəm. Bu da bir çevrilmiş səhifə”, - X.İsmayıl yazıb.

G.Mövlud isə cavab olaraq yazıb ki, belə məsələləri dostluq və ya düşmənçilik deyil, arqumentlər, faktlar və nəticələr həll edir: “Əli Əkbər yazı yazıb, sual verib. Həbs olunmalarına haqq qazandırmayıb. Qazandırıbsa, o cümləni göstərin. Amma belə bir cümlə yoxdur. Dəstəkləməyə gəlincə, ona inanan minlərlə insanı aldadıb gəlməyən Rüstəm İbrahimbəyovu, hakimiyyətdən aldığı pullarla Milli Kitab Mükafatı keçirib müxalifətin 15 ildir hakimiyyəti sərt tənqid edən yazılarını oğurlayıb susduran Nigar Köçərlini, Anarın əlbuyruqçusu, özünə hakimiyyətdən mümkün olan hər şeyi almış Qəşəm Nəcəfzadəni dəstəkləmək daha yaxşıdır? Sən bu adamları dəstəkləmisən. Sənə hörmətimiz var. Dəyərli iş görürsən. Amma arı pətəyində ana arı rolunu oynamağı sənə yaraşdırmıram”.

REAL təmsilçisi Erkin Qədirli isə qalmaqla belə münasibət bildirib: “İndi, gördünüz, mən heç kimi elə-belə blok eləmirəm? Məni qınayırdınız, bunları və bunlar kimilərini blok edəndə. Elə bilirdiniz, mən bloku şəxsi münasibət kimi edirəm? Adamları sözündən tanıyanam. Xeyli öncədən görə bilirəm, kimin haraya tərəqqi etdiyini”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm