Nida.az
Bu cinayətlər “məharətlə” gizlədilib - Şərh
“Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının ehtimal edilən məzar yerlərinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
src="/storage/files/upload/37b1efc4b74eb74efa939028e5e7c100414ab96b.jpg" style="width: 338px; height: 338px;" class="fr-fic fr-dib fr-fil">
Onun sözlərinə görə, həmin prosesin davamı olaraq işğaldan azad edilmiş Fərrux kəndində də insan qalıqları tapılıb: “İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması faktı bir daha təsdiq edir ki, I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub və insanlıq əleyhinə törədilmiş bu cinayət əməlləri özünəməxsus qaydada “məharətlə” gizlədilib”.
Z.Qarayeva hesab edir ki, insanlıq və bəşəriyyət əleyhinə törədilmiş bu cinayət əməlləri ilə yerində tanış olmaq və beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə xarici kütləvi informasiya vasitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri əraziyə dəvət edilməli, ekshumasiya işlərinin aparılmasında iştirakları təmin edilməlidir: “Ermənilər bilməlidir ki, onların azərbaycanlılara qarşı törətdikləri cinayətlər gec, ya da tez üzə çıxarılır, çıxarılacaq və layiqli cəzalarını almaları üçün dövlət və xalq olaraq əlimizdən gələni edəcəyik”.
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO

































