Nida.az
Ermənilər regionda yeganə xalqdır ki... - Politoloq
“Soyqırımı bir millətə və ya etnik qrupa qarşı silahlılar tərəfindən kütləvi şəkildə onların məhv edilməsi məqsədi daşıyan qətliam aktıdır. Əgər biz I Dünya müharibəsinin ortalarındakı, yəni 1915-ci ildəki hadisələrə nəzər salsaq görərik ki, Osmanlı dövləti ermənilərə geniş səlahiyyətlər, hüquqlar verməsinə baxmayaraq, onlar satqınlıq nümayiş etdirirdilər. Ermənilər bir qrup dövlətlərlə sövdələşərək erməni terror dövləti yaratmaq istiqamətində kütləvi şəkildə Osmanlı dövlətinə qarşı üsyan edirlər və bu dövlətin süqutundan sonra belə düşünürlər ki, Anadolunun şərqində tarixi səhnəyə erməni dövləti gələcək”.
Bunu Publika.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, bu kontekstdə ermənilər tərəfindən türklərə qarşı qırğınlar törədilir və 1915-ci il hadisələrini tədqiq edərkən türklərin ermənilərə qarşı yox, əksinə, silahlı, terrorçu ermənilərin mülki erməni əhalisinə qarşı amansızlıq nümayiş etdirdiyinin şahidi olmaqdayıq: “Həmin hadisələrə qiymət verən siyasətdən uzaq tənqidçilər dünyanın harasında yaşamasından asılı olmayaraq, birmənalı şəkildə qeyd ediblər ki, bu hadisələri biz heç cür soyqırımı adlandıra bilmərik. Çünki bu hadisələr zamanı ermənilərin soyqırımıya məruz qalmasından deyil, əksinə türklərin soyqırımıya məruz qalmasından söhbət gedə bilər. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Ərdoğanın arxivləri açmaq təklifi hələ də Ermənistan tərəfindən cavabsız qalıb. Nə Fransa, nə ABŞ, nə də Vatikanda ermənilərə qarşı soyqırımının olması ilə bağlı dəlillər var. Məsələ burasındadır ki, ABŞ-ın ermənipərəst prezidenti Vilson və onun diplomatı, beynəlxalq münasibətlər sistemində siyasi realizm nəzəriyyəsi ilə tanınan Morgentau ciddi şəkildə Trabzondan bugünkü Ermənistan ərazisi də daxil olmaqla çox böyük ərazini ehtiva edən və heç bir zaman hayların yaşamadığı coğrafiyanı erməni dövləti adı ilə xəritələrə belə həkk etdirmişdilər. Məqsəd isə bundan ibarət idi ki, Türk dünyası arasında bir erməni dövləti qursunlar və nəticə etibarilə onlar Anadoluda olmasa da, Cənubi Qafqazda öz məqsədlərinə çatdılar”.
Z.Məmmədov vurğulayıb ki, bu gün ermənilər dünyada Türkiyəyə qarşı qondarma soyqırımı məsələsi ilə əlaqədar yenə də təbliğat aparırlar: “Ancaq fakt ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsindən sonra artıq erməniçiliyə böyük bir zərbə vuruldu və biz əgər diaspor, həmçinin kilsə ianələrinə baxsaq görərik ki, böyük Ermənistan xəyallarının puç olması, eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi dünyadakı erməni həmrəyliyinə zərbə vurmaqla ianələrə də öz təsirini göstərdi. Təəssüflər olsun ki, bəzi ölkələr tərəfindən bu gün Ukraynanın Buça şəhərindəki və ya Serebrenitsadakı hadisələrə qiymət verilsə də, Azərbaycanın Xocalı soyqırımı, 31 Mart soyqırımına heç də bütün siyasətçilər və dövlətlər tərəfindən ədalətli qiymət verilmir və ikili standartlar tətbiq edilir. Fakt isə ondan ibarətdir ki, ermənilər hər zaman ətraflarındakı xalqlara qarşı soyqırımı siyasəti həyata keçirib. Ermənilər regionda yeganə xalqdır ki, çoxmillətliliyi, tolerantlığı və multikulturalizmi deyil, əksinə, bir xalqın faşizm ideyası əsasında olan təbliğatını aparmaqdadırlar”.
-
Dünya00:55
Türkiyədə neft emalı zavodunda PARTLAYIŞ
-
Art00:30
Xalq artisti Rasim Abdullayev vəfat etdi
-
Magazin225 Noyabr 23:30
İbrahim Tatlısəs yerimək qabiliyyətini itirdi - FOTO
-
Hadisə25 Noyabr 23:00
Bakıda tiktoker qız onu söyən kişini tapıb ayağını öpdürdü - VİDEO
-
Rəsmi xronika25 Noyabr 22:38
İlham Əliyev Trampa zəng etdi
-
Hadisə25 Noyabr 21:40
“Bəy hamamı”nda yanğın oldu - VİDEO/YENİLƏNDİ
-
Hadisə25 Noyabr 20:45
İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR
-
Magazin125 Noyabr 20:25
Müğənnilərimizin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ: bir gecədə 100 min manat... - SİYAHI