Nida.az
İkinci “qaz müharibəsi” qapıda: Azərbaycanın hansı tərəfdədir?
Ukrayna və Rusiya arasında yeni “qaz müharibəsi”
yaxınlaşır. Yeni il ərəfəsində Avropa İttifaqı Kiyevin təbii qazla
təchizatı məsələsində xoşagəlməz sürprizlə qarşılaşa
bilər.
Publika.az xəbər verir ki, Rusiyanın “Vestik Qafqaz” nəşri qarşıdan gələn qışda gözlənilən “qaz müharibəsi” və burada Azərbaycanın əhəmiyyətini şərh edib.
Nəşr yazır ki, hazırda Xəzər hövzəsi qazı Avropa bazarında Rusiyaya alternativ olaraq düşünülür. Halbuki Rusiya qazı olmadan Avropa qışı yola sala bilməyəcək. Hətta bundan 5 il sonra da eyni vəziyyətin davam edəcəyi gözlənilir. Hazırda avropalıların ümidi Azərbaycan və Türkiyə layihəsi olan TANAP-dır. Bu kəmərlə qaz Yunanıstana qədər aparılacaq, TAP-ın reallaşmasından sonra isə mavi yanacaq İtaliyaya çatdırılacaq.
“Cənub dəhlizi” Rusiyanın “Cənub axınına” alternativ olaraq
təqdim edilir. Lakin “Şahdəniz” yatağı Avropaya göndəriləcək 10-15
milyard kubmetr qazla 63 milyard kubmetr ötürücülük gücü olan
“Cənub axını”na uduzur. Digər tərəfdən isə “Şahdəniz”dən
çıxarılacaq qaz Avropaya 2018-ci ildən tez çatmayacaq.
Amma bu kəmər Avropanın enerji təminatında etibarlılığı artıracaq.
Lakin Şərqi Avropa 2009-cu ilin qışında Kiyevlə Moskva arasında
yaranmış fikir ayrılığına görə çəkdiyi əziyyəti hələ unutmayıb.
Gözlənilən “qaz müharibəsi”ndə isə Bakının tutduğu mövqeyin
ehtiyatlı olduğu deyilir. “Azərbaycan üçün qazın Avropa bazarında
çıxışı prinsipial məsələdir. Lakin Bakı öz qərarlarını qəbul
edərkən partnyoru olan Rusiyanın maraqlarını mütləq nəzərə alır.
Misal olaraq uçuruma düşən “Nabukko” əvəzinə TAP kəmərinin irəli
sürülməsini göstərmək olar. “Nabukko” baş tutsaydı, yəqin ki, bu
gün avropalılar Rusiya qarşısında “Nabukko” bayrağını cəsarətlə
yelləyərdilər”, - “Vestik Qafqaz” nəşri bildirir.
Nəşr hesab edir ki, Türkiyə və Azərbaycan tandemi də effektiv
şəkildə Rusiyanın maraqlarına işləyir: “Unutmaq lazım deyil ki,
“Cənub axını”nın sualtı hissəsi Qara dənizinin dibindən türk
iqtisadi zonası üzrə keçəcək və pulu onlar alacaqlar. Bu baxımdan,
Ankara Moskva ilə əməkdaşlığı ardıcıllıqla davam etdirir, heç bir
mübahisəyə qarışmır, əksində Qərblə yaranmış problemlərin
öhdəsindən gəlmək üçün Rusiyaya kömək edir. Bununla yanaşı,
Azərbaycan və Türkiyə kənd təsərrüfatı məhsullarının böyük qisminin
idxalı Rusiya istehlakçılarına defisit hiss etməməyə kömək edəcək.
Üç ölkənin biznes sahəsində xüsusi impulsları var. Rusiyada aqrar
sahədə Azərbaycan şirkətləri işləyir, Rusiya-Türkiyə ticarət
dövriyyəsi haqqında isə geniş danışmaq olar. Əslində Ukrayna
böhranı Rusiyaya kimin dost, kimin düşmən, kimin öz maraqlarını
güddüyünü ortaya çıxardı”.
Asif Nərimanlı
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO