Azərbaycan və Türkiyə təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - Saziş
Bizi izləyin

Nida.az

Azərbaycan və Türkiyə təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - Saziş

Publika.Az-ın məlumatına görə, çıxış edən birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, Azərbaycan və Türkiyə təhlükəsizlik və əməkdaşlığın olmasında maraqlıdır: “Sənəddə bir sıra prosedura məsələlər öz əksini tapıb”.

Bu gün Milli Məclis “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanununun layihəsini müzakirə çıxarıb.

Publika.Az-ın məlumatına görə, çıxış edən birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, Azərbaycan və Türkiyə təhlükəsizlik sahəsində əməkdaşlığın olmasında maraqlıdır: “Sənəddə bir sıra prosedura məsələlər öz əksini tapıb”.

Deputat Zahid Oruc deyib ki, bu Azərbaycan və Türkiyənin terrora qarşı müttəfiq olduğunu ehtiva edir: “Bu hərbi müttəfiqlik sazişi deyil. Bu terrora qarşı sənəddir”.

Bu sazişlə bərabər Milli Məclis “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair”, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında kombinə edilmiş yükdaşımaları haqqında” sazişi də təsdiq edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm