Nida.az
Tural Abbaslı: “Kiminsə xeyrinə geri çəkilmək fikrim yoxdur”
“Hansısa namizədin xeyrinə geri çəkilmək, güzəştə getmək fikrim yoxdur.
Bu yolda sona qədər gedəcəm”.
Publika.az-a açıqlamasında bu barədə Müsavat başqanlığına namizəd Tural Abbaslı deyib.
Lakin T. Abbaslı bildirib ki, başqanlıq yarışında məğlub olmaq,
yaxud qalib gəlmək kimi xüsusi prinsipi yoxdur: “Məğlub olaramsa,
deməli, Müsavatda demokratik mühit var. Namizəd olmağım və namizəd
olaraq uduzmağım, yaxud udmağım dəyərlidir. Lakin bu yarışda
hansısa namizədin xeyrinə geri çəkilmək fikrim yoxdur”.
T. Abbaslı qeyd edib ki, ümumi idarəçilik məsələsində digər
namizədlərlə birgə işləyə bilər.
“Tək mən yox, istənilən namizədi partiya üzvləri seçir, istər
opponentləri, istərsə tərəfdarları. Qalib hər kəsə eyni mövqedən
yanaşmalı, tək öz qrupuna yox, bütün partiyaya rəhbərlik etməlidir.
Bütün partiyanı ağuşuna almağı, qucaqlamağı bacarmalıdır. Əks
təqdirdə, həmin namizədin özü işləyə bilməz. Çünki Müsavat canlı
mexanizmdir, onu hissələrlə idarə etmək mümkün deyil”, - deyə
başqanlığa namizəd açıqlayıb.
Asif Nərimanlı
-
ABŞ08:24
"The Washington Post"un baş redaktoru İSTEFA VERDİ
-
Səhiyyə07:30
Xərçəngi aşkarlayan süni intellekt yaradıldı
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Dünya04:44
ABŞ super donuzlar tərəfindən İŞĞAL EDİLƏ BİLƏR
-
Magazin104:14
Aygün Kazımova final matçında şou göstərdi - VİDEO
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır? - VİDEO
-
Dünya01:41
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...
-
Sosial01:11
Çingiz Qənizadəyə ağır itki üz verdi