Nida.az
Mirmahmud Mirəlioğludan bayraqdarın istefasına reaksiya
KXCP sədri Mirmahmud Mirəlioğlu bayraqdar Elman Türkoğlunun partiyadan istefasına münasibət bildirib.
Publika.az-a açıqlamasında M. Mirəlioğlu bunu arzuolunmaz hal adlandırıb: “İstefa ərizəsini təqdim etdi, biz də qəbul etdik. Bu arzuolunmaz haldır. Amma seçim onundur. Hər kəs istədiyi addımı ata bilər. Elman bizimlə uzun illər bir yerdə mübarizə aparmış adamdır. Hesab edirəm ki, o, KXCP-dən getsə də mübarizəsini davam etdirəcək, Elçibəy yoluna həmişə sadiq qalacaq”.
KXCP sədri qeyd edib ki, E. Türkoğlu istefa səbəblərini ona
bildirməyib.
Qeyd edək ki, E. Türkoğlu publika.az-a açıqlamasında istefasını
belə əsaslandırıb: “Mən bəzi şəxslərin fırıldaq işlərinin üstünü
açan kimi partiya rəhbərliyinə zəng vurub şikayət edirdilər. İndi
daha KXCP-nin üzvü deyiləm, müstəqil və azad adam kimi müxalifətin
daxilində bəzi ünsürlərə qarşı savaş aparacağam. Bundan sonra heç
bir partiyanın üzvü olmayacağam. Müstəqil şəkildə mübarizəmi
aparacam. Özlərini müxalifət adlandıran bəzi şəxslərin gizli
sövdələşmələrini də bir-bir ortaya çıxardacam”.
O, əsas mübarizə hədəfinin AXCP sədri Əli Kərimli olduğunu deyib. Qeyd edib ki, Əli Kərimli və ətrafı, o cümlədən, onun yanında olan jurnalist Xədicə İsmayılla sona qədər mübarizə aparacaq.
Asif Nərimanlı
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO