Nida.az
Qarabağda “hibrid müharibəsi?”- Rusiyalı diplomatdan açıqlama
Rusiya Diplomatlar Assosiasiyasının sədr müavini Andrey Baklanov ABŞ-ın Kaliforniya ştatının Dağlıq Qarabağın müstəqilliyi haqda qətnaməsini qınayıb.
Publika.az xəbər verir ki, A. Baklanov bu məsələyə
ehtiyatlı yanaşmağı tövsiyə edib: “Hətta kiminsə tərəflərin
hansınasa simpatiyası ola bilər. Lakin diplomatik etiketləri
gözləməliyik. Son proseslər göstərir ki, dünyada diplomatik
normalar asanlıqla çeynənilir”.
Rusiyalı diplomat qeyd edib ki, Dağlıq Qarabağ qəddar niyyətli
tarixdir: “Hər iki xalq normal münasibətdə idi. Lakin SSRİ-nin
yenidənqurma siyasəti nəticəsində separatçılar peyda oldu və
Qarabağda dəhşətli tarix yaşandı. İndi hər iki tərəf Qarabağın onun
olduğunu düşünür, amma bununla münaqişə həll olunmayacaq. Hər şeyi
hələ də öz gücünü saxlayan beynəlxalq hüquqa əsasən həll etmək
olar. Amma bunun üçün ilk növbədə millətçi çağırışlardan
qaçmalıyıq. Çünki bu, münaqişənin həllinə mane olur”.
A. Baklanov NATO-nun Rusiyanı “hibrid müharibə” aparmaqda ittiham
etməsinə də münasibət bildirib.
Qeyd edək ki, Avropada NATO hərbi birləşmələrinin komandanı Filipp
Bridlav bildirib ki, Rusiya Moldovada “hibrid müharibə” ssenarisini
işə salır.
“Biz Krım və Şərqi Ukraynada bu ssenarini müşahidə etdik. İndi də
Moldova və Dnestryanıda eyni ssenari işə düşür”, - deyə NATO
nümayəndəsi bildirib.
Şimal Alyansının nümayəndəsi Rusiyanın MDB məkanında münaqişəli
bölgələrə eyni ssenarini tətbiq edəcəyi təhlükəsindən xəbər
verir.
Lakin rusiyalı diplomat bunu mənasız yanaşma adlandırır və eyni
ssenarinin gələcəkdə Qarabağda da ola bilməsi ehtimalını
dəyərləndirir.
“Krımda və Şərqi Ukraynada baş verənlər belə bir ssenariyə aid
deyil. Nə Qarabağda, nə də digər münaqişə ocaqlarında belə bir
şeyin baş tutması haqında deyilənlər yalnız populist iddialardır”,
- deyə o bildirib.
Asif Nərimanlı
Qarabağda “hibrid müharibəsi?”- Rusiyalı diplomatdan açıqlama
Rusiya Diplomatlar Assosiasiyasının sədr müavini Andrey Baklanov
ABŞ Kaliforniya ştatının Dağlıq Qarabağın müstəqilliyi haqda
qətnaməsini qınayıb.
Publika.az xəbər verir ki, A. Baklanov bu məsələyə ehtiyatlı
yanaşmağı tövsiyə edib: “Hətta kiminsə tərəflərin hansınasa
simpatiyası ola bilər. Lakin diplomatik etiketləri gözləməliyik.
Son proseslər göstərir ki, dünyada diplomatik normalar asanlıqla
çeynənilir”.
Rusiyalı diplomat qeyd edib ki, Dağlıq Qarabağ qəddar niyyətli
tarixdir: “Hər iki xalq normal münasibətdə idi. Lakin SSRİ-nin
yenidən qurma siyasəti nəticəsində separatçılar peyda oldu və
Qarabağda dəhşətli tarix yaşandı. İndi hər iki tərəf Qarabağın onun
olduğunu düşünür, amma, bununla münaqişə həll olunmayacaq. Hər şeyi
hələ də öz gücünü saxlayan beynəlxalq hüquqa əsasən həll etmək
olar. Amma bunun üçün ilk növbədə millətçi çağırışlardan
qaçmalıyıq. Çünki bu münaqişənin həllinə mane olur”.
A. Baklanov NATO-nun Rusiyanı “hibrid müharibə” aparmaqda ittiham
etməsinə də münasibət bildirib.
Qeyd edək ki, Avropada NARO hərbi birləşmələrinin komandanı Filipp
Bridlav bildirib ki, Rusiya Moldovada “hibrid müharibə” ssenarisini
işə salır.
“Biz Krım və Şərqi Ukraynada bu ssenarini müşahidə etdik. İndi də
Moldova və Dnestryanıda eyni ssenari işə düşür”, -deyə NATO
nümayəndəsi bildirib.
Şimal Alyansının nümayəndəsi Rusiyanın MDB məkanında münaqişəli
bölgələrə eyni ssenarini tətbiq edəcəyi təhlükəsindən xəbər
verir.
Lakin rusiyalı diplomat bunu mənasız yanaşma adlandırır və eyni
ssenarinin gələcəkdə Qarabağda da ola bilməsi ehtimalını
dəyərləndirir.
“Krımda və Şərqi Ukraynada baş verənlər belə bir ssenariyə aid
deyil. Nə Qarabağda, nə də digər münaqişə ocaqlarında belə bir
şeyin baş tutması haqında deyilənlər yalnız populist iddialardır”,
-deyə o bildirib.
Asif Nərimanlı
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı