Nida.az
Latviya nəşri: “Qarabağ separatçıları Donetskə Rusiya tərəfindən döyüşə gedir”
“Biz artıq Donetsk kömür hövzəsinə doğru irəliləyirik. Rusiyanı müdafiə etməyə gedirik”.
Publika.az xəbər verir ki, bu sözləri Latviyanın “Spektr.lv”
nəşrinə Qarabağda azərbaycanlılara qarşı azğın hərəkətlər etmiş
Qarabağ ermənisi deyir.
- Hərçənd bu, təəccüblü deyil, - deyə Latviya nəşri yazır.
Çünki tanınmamış, xüsusilə separatizm üzərində yaradılan qondarma
respublikalarda dünyanın istənilən yerində baş verən separatizmə
simpatiya var. Bu mənada Ukraynanın cənub-şərqi belə simpatiyaların
cəzbedici mərkəzinə çevrilib – bura bir çox
separatçı məkandan, Cənubi Osetiya və Qarabağdan da gələnlər var.
Onlar Rusiyanı müdafiə edir, buna inanırlar və guya müstəqilliyə
dəstək adı altında müharibə aparırlar.
Ukrayna məcbur edir ki, post-sovet məkanında bəzi münaqişələrin
anatomiyasına nəzər salaq.
Misal üçün, Cənubi Osetiya: osetinlər həmişə ürəklərində hiss
edirdilər ki, onlar fərqlidirlər. Digər tərəfdən, buranın Qafqaz və
Rusiya ilə birləşmə yolundan yerləşməsi şanslarını yüksəltmişdi.
Abxaziya isə bir qədər fərqlidir. Tiflis Abxaziyanı Qərbdən təcrid
etdi və nəticədə, onlar Moskvaya üz tutdular.
Lakin bütün bunları Qarabağa şamil etmək çətindir. Qarabağ təkcə
Yerevandan asılı olması ilə fəxr etmir. Onlar həm də Rusiyadan
asılıdır. Buranın müstəqil olmaq üçün heç nəyi yoxdur. müharibədə
özləri bu regionu dağıdıb bərbad günə qoydular. Bu gün təkcə
istirahət turizmi ilə pul qazana bilirlər, lakin bu da kifayət
etmir. Hər şey Rusiyadan göndərilən pul hesabına həll olunur. Hansı
ki, bu pul Yerevana, ordan da bura gəlir. Bəzən populistcəsinə
müstəqillikdən danışır – bu, prinsip etibarilə mümkün deyil, amma özləri də çox zaman
buna inanmır. Bura əvvəlcə Ermənistanın, ondan sonra da Rusiyanın
forpostudur.
Nəşr yazır ki, bu gün Qarabağda, Abxaziyada və Cənubi Osetiyada hələ də romantiklər var. Onlar inanırlar ki, düz yoldadırlar.
Amma əgər inkişafın səddini Yerevan və Moskva təyin edirsə,
Suxumidə və Xankəndində yalnız hakimiyyəti bölmək qalır. Misal
üçün, Abxaziyada seçki rəqabəti görünsə də Qarabağda bu əksinədir.
Burda Yerevandan təyinat gəlir.
Abxaz məmurlardan biri etiraf edir ki, Ukraynadan sonra onların sonudur. Abxaziyada inanırlar ki, onlara tam müstəqilik verəcək prezident seçilsə də, bir neçə gün belə hakimiyyətdə qala bilməz.
Qarabağda da hamı əmindir ki, əgər “de-yure” Ermənistanın tərkibinə girəcəklərsə, sabahısı mübarizə başlayacaq.
Artıq onlar eyni vəziyyətə öyrəşib. Ona görə də təsəllini Donestkdə
separatçılara dəstək verməkdə görürlər.
Asif Nərimanlı
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı