Nida.az
Elin Süleymanov: “Azərbaycan özünü etibarlı partnyor kimi tanıdıb”
Vaşinqtonda Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi müzakirə olunub.
Publika.az xəbər verir ki, Vaşinqton Beynəlxalq və
Strateji Tədqiqatlar Mərkəzi “ABŞ-Avro Transatlantik ittifaqı:
Ukrayna böhranının fonunda NATO-nun sammiti və energetika
təhlükəsizliyinin qiymətləndirilməsi” mövzusunda konfrans
keçirib.
Tədbirdə Konqres üzvləri Maykl Terner və Uilyam Kitinq,
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və digərləri çıxış
ediblər.
Müzakirələr NATO-nun Uels sammiti və Avropa enerji təhlükəsizliyinə
Ukrayna böhranının təsiri ətrafında aparılıb.
Elin Süleymanov Avropanın enerji təhlükəsizliyinə son hadisələrin
təsirini analiz edərək diqqəti TANAP layihəsinə yönəldib. Bildirib
ki, Azərbaycan və Türkiyənin sayəsində bu layihə
reallaşmaqdadır.
“Azərbaycan neft və qaz mübadiləsində özünü etibarlı partnyor kimi
tanıdıb. Ölkə rəhbərliyinin əsas siyasəti də dövlətlərin ərazi
bütövlüyü prinsipinə söykənir”, - deyə səfir bildirib.
Tədbirdə çıxış edənlər azərbaycanlı diplomatın ölkəmizin enerji
təhlükəsizliyindəki rolu haqqında dedikləri ilə razılaşıblar.
Asif
-
Magazin123:03
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO
-
Dünya21:25
Baş naziri güllələyən yazıçının oğlundan ETİRAF
-
Magazin120:05
Çingiz Mustafayevin toyu olacaq
-
Dünya19:20
Slovakiya Baş nazirinə sui-qəsd edən şəxs yazıçı imiş - YENİLƏNDİ
-
Ekologiya18:30
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
-
Kriminal17:24
Gözəllik salonunda işləyən qadınların başına taksidə görün nə iş gəldi: Biri öldü - VİDEO
-
Sosial17:00
Erməni separatçıların həbs müddəti uzadıldı
-
Dünya16:30
4 gün iş, 3 gün tətil: Milyonlarla işçinin həyatı dəyişəcək