Nida.az
Azərbaycan “yaşılları” Leyla Yunusa mükafat təklifindən xəbərsizdir
Avropa Parlamentinin Yaşıllar fraksiyası azərbaycanlı hüquq müdafiəçisi, hazırda həbsdə olan Leyla Yunusun “Saxarov” mükafatına namizədliyini irəli sürüb.
Lakin Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev
bundan xəbərsiz olduğunu deyir.
Qeyd edək ki, Yaşıllar hərəkatı dünyada təbiətin qorunması
istiqamətində fəaliyyət göstərir. Bu hərəkatın siyasi qolu olaraq
Yaşıllar Partiyası yaranıb və dünyanın bir çox ölkəsində, eləcə də
Azərbaycanda Yaşıllar Partiyası fəaliyyət göstərir. Bütün
“yaşıllar” bir-biri ilə əlaqəli şəkildə işləyirlər.
M. Güləliyev isə Publika.az-a açıqlamasında
onların “Yaşıllar"la əməkdaşlığı regionda yaşıllığın təbliği, eləcə
də insan haqları ilə bağlıdır: “Amma bu mükafat məsələsi ilə bağlı
bizə müraciət etməyiblər. Ona görə də dəstək verib, vermədiyini
demək mümkün deyil. Noyabr ayında İstanbulda Yaşıllar
partiyalarının konfransı keçiriləcək. Yəqin ki, orda bu məsələ
qaldırılacaq. Amma hazırda bizim heç bir məlumatımız yoxdur”.
M. Güləliyev bildirib ki, onların qeydiyyatı olmadığı üçün Avropa
Yaşıllar Fraksiyasında tam üzvlük haqqına sahib deyillər.
“Biz assosiativ üzv statusuna malikik. Əgər ölkədə qeydiyyatımız
olsaydı, tam hüquqlu üzv olardıq və Qarabağdan tutmuş, digər
məsələlərə qədər Azərbaycanın maraqlarını orda təmsil edə
bilərdik”, - deyə partiya sədri bildirib.
Asif
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı