Nida.az
Milo Cukanoviç: "Cənub Qaz Dəhlizi" layihəsinin qərbi Balkanlarda mahiyyəti çox böyükdür
"Cənub Qaz Dəhlizi" layihəsi istər "Əsrin müqaviləsi", istər digər müqavilələr baxımından çox vacibdir. Trend-in məlumatına görə, bunu Monteneqronun Baş naziri Milo Cukanoviç bu gün Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində çıxışı zamanı deyib.
M.Cukanoviç qeyd edib ki, bu dönəm ərzində Azərbaycan həqiqətən də
çox möhtəşəm inkişaf yolu keçib: "Enerji sahəsində dinamik
dəyişikliklər həm ölkə daxilində, həm də qlobal səviyyədə hiss
olunurdu. Monteneqro bu layihənin tərkib hissəsi olmuşdur. Tiranada
imzalanmış Anlaşma Memorandumu və ondan sonra Bakıda təşkil edilmiş
konfrans nəticəsində biz bu layihədə iştirakımızla bağlı qərar
vermişik. TANAP və TAP layihələrinin reallığa çevrilməsinin tərkib
hissəsi olmuşuq. Adriatik dənizi, Albaniya, Monteneqro, Bosniya və
Hersoqovina, Xorvatiyanı birləşdirəcək kəmər çox əhəmiyyətlidir.
Bu, bizim və qonşularımız üçün yeni enerji imkanları açmaqdadır.
Qərbi Balkanlarda bu layihələrin mahiyyəti çox böyükdür".
Baş nazirin sözlərinə görə, istənilən halda enerji məsələsi milli maraqlarla məhdudlaşmır: "Bu sahədə əməkdaşlıq çox vacibdir və biz buna böyük əhəmiyyət veririk. Mənim ölkəm Avropa İttifaqının enerji siyasətinə sadiqdir. Bu baxımdan enerji təminatı, rəqabətli enerji bazarının və davamlı enerji inkişafının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Enerji təminatının şaxələndirilməsi bu məqsədlərə nail olunması üçün başlıca şərtlərdəndir. Regional yanaşma bu layihələrin reallaşmasının perspektivlərini artırır. Qərbi Balkanlarla bağlı Berlin konfransında "Cənub Qaz Dəhlizi" layihəsi Avropa üçün ən əhəmiyyətli layihə kimi vurğulanmışdır. Monteneqro üçün ölkəmizin qazlaşdırılması inkişafın yeni mərhələsi olacaq. Bu, ölkəmizdə sərmayə üçün münbit şərait yaradacaq və yeni iş yerləri açacaq. Təbii ki, Monteneqronun dəniz akvatoriyasında da neft və qaz hasilatı üçün yeni imkanlar yaradacaq. Birgə səylərimiz nəticəsində TANAP və TAP layihələri beynəlxalq əməkdaşlıq baxımından Avropanın enerji strategiyasına uyğundur. Əminəm ki, biz ölkələrimiz üçün yeni gələcək yaradırıq. Ölkələrimizə və şirkətlərimizə uğurlar arzulayıram".
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb