Nida.az
Səfir: “İran, Rusiya və Qafqaz arasında təhlükəsizlik birliyi vacibdir”
“İran üçün Mərkəzi Asiya və Cənubi Qafqaz çoxəsrlik mədəni bağlılıq olan regionlardır. SSRİ dağılandan sonra Cənubi Qafqaz ölkələrinin müstəqilliyini tanıyan ölkələr arasında biz də var idik. Həmçinin İran həmişə düşünüb ki, regional təhlükəsizliyin təmin olunmasına qarışsın. Hesab edirik ki, bu məsələdə region ölkələrinin özlərinin hərəkət etməsi daha məqbuldur”.
Publika.az xəbər verir ki, bu barədə İranın
Rusiyadakı səfiri Mehdi Sənani bu ölkənin mediasına müsahibəsində
deyib.
Səfir qeyd edib ki, söhbət Xəzər hövzəsi, Mərkəzi Asiya və Qafqaz
haqqında gedirsə, İran bu regionlarda həmişə sabitliyi dəstəkləyib:
“Dağlıq Qarabağda və Tacikistanda sülhün qorunmasında İranın
təcrübəsi var. Biz heç vaxt bu regionun ölkələrinin daxili işlərinə
qarışmırdıq. Biz hesab edirik ki, 1990-cı illərdə Rusiya və İran
arasında əməkdaşlıq üçün böyük imkanlar var idi. Bu pozitiv təcrübə
Suriya münaqişəsinin sülhlə nizamlanmasında özünü göstərdi.
Baxmayaraq ki, bu gün biz regionda münaqişə potensialı hiss
etmirik, lakin hesab edirik ki, regionumuz başqa ölkələrin, başqa
güclərin hədəfinə çevrilə bilər. Buna görə də düşünürük ki, İran,
Rusiya və Qafqaz, yaxud İran, Rusiya və Mərkəzi Asiya arasında
regional sabitliyin təminatı üçün üçtərəfli əməkdaşlıq
vacibdir”.
Asif
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu