Nida.az
Mirmahmud Mirəlioğlu Milli Şuradan istefa verib?- AÇIQLAMA
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxması ilə bağlı ADP sədri Sərdar Cəlaloğlunun dediklərinə münasibət bildirmək istəməyib.
M. Mirəlioğlu Publika.az-a açıqlamasında bu məsələdən danışmaq istəmədiyini deyib.
“Mənim başım qarışıqdır, daha vacib işlərlə məşğulam. Sərdar bəy belə deyibsə, bunu ondan soruşun. Amma mən bu məsələyə münasibət bildirmək istəmirəm”, - deyə o bildirib.
KXCP sədrinin müavini Xəzər Teyyublu da Publika.az-a açıqlamasında
məsələ ilə bağlı danışmaq istəmədiyini deyib.
“Sərdar bəyin dediklərindən xəbərim yoxdur. Bizim başımız Ali Məclisin sessiyasına qarışıb, daha vacib məsələlərlə məşğul oluruq. Ümumiyyətlə bu məsələdən danışmaq istəmirəm”, - deyə o qeyd edib.
Qeyd edək ki, ADP sədri S. Cəlaloğlu mediaya açıqlamasında M.
Mirəlioğlunun Milli Şuradan ayrıldığını, Demokratiya və İnsan
Haqları Mərkəzinin təsisçisi olaraq fəaliyyət göstərdiyini
açıqlayıb.
Xatırladaq ki, KXCP ilə Milli Şura arasında münasibət soyuqdur. Buna səbəbsə, AXCP-nin qurumu öz üzvləri hesabına genişləndirmək istəyidir. Milli Şuranın sonuncu iclasına KXCP-nin qatılmaması bu partiyanın qurumda fəaliyyətini dondurduğu ehtimalını gücləndirir.
Lakin Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal
Publika.az-a deyib ki, qurumdan çıxmaqla bağlı
KXCP-dən heç bir müraciət almayıblar.
“Ola bilsin ki, münasibətlərdə soyuqluq yaranıb, amma bu keçicidir.
KXCP Azərbaycan demokratiyasının inkişafına töhfə verən partiyadır,
biz onların getməsini istəmirik. Hazırda da rəsmi olaraq bu partiya
Milli Şuranın üzvüdür”, - deyə V. Mirkamal bildirib.
Asif Nərimanlı
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU