Nida.az
Oqtay Əsədovdan Avroparlamentə şok sözlər: “Onun vaxtında Ermənistana təyyarələr satılıb”
“Biz müstəqil siyasət aparırıq və təzyiqlər buna təsir
edə bilməz”.
Publika.az xəbər verir ki, bu barədə spiker Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Avropa Parlamenti Azərbaycana qarşı
qeyri-obyektiv qətnamə qəbul edib: “Söhbət Avropa Parlamentinin
qətnaməsindən gedir. Mən də öz fikirlərimi demək istəyirəm. Bu
artıq Avropa Parlamenti tərəfindən adət halını alıb. Say baxımından
bu, dördüncü qətnamədir. Qətnamələr ayın 18-də qəbul edilib, ayın
20-də TANAP imzalanıb. Ayın 22-də AŞPA prezidenti Bakıya gəlirdi.
Biz onların məqsədini başa düşdük. Qətnamənin müəllifləri 46
nəfərdir və onlardan 45-i Azərbaycanda olmayıb, bir nəfər isə
Slovakiyanın sabiq xarici işlər naziri olub və onun dövründə
Ermənistana təyyarələr satılıb və Azərbaycan isə buna etiraz edib.
Bu Azərbaycana təzyiq etmək üçün qəbul edilib. Azərbaycan bu
təzyiqlərə dözəcək. Prezidentin apardığı siyasət effektivdir,
Azərbaycan müstəqil siyasət aparır və bu cür addımlar siyasətə
təsir edə bilməyəcək. Avropa Parlamentinin qarşısında Azərbaycan
parlamentinin heç bir öhdəliyi yoxdur.
Biz iki parlamentin arasında münasibətləri inkişaf etdirmək üçün
Avronest parlament komitəsi yaratdıq. Ancaq təəssüflər olsun ki,
onlar bu komitə çərçivəsində əməkdaşlığı kənara qoyaraq bu cür
qətnamələr qəbul edirlər. Fikrimcə, bəyanat hazırlamalı və
parlamentin mövqeyini ifadə etməliyik”.
Milli Məclis Avropa Parlamentinə cavab bəyanatı
hazırlayır
Sonra vitse-spiker Valeh Əsgərovun rəhbərliyi ilə redaksiya heyəti
yaradılıb və deputatlar bəyanat hazırlamaq tapşırılıb.
Günün sonunda Avropa Parlamentinə cavab bəyanatı veriləcək.
Asif
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU