Nida.az
Hərbi doktrinaya hansı dəyişiklik təklif olunur?
Milli Məclisin dünən keçirilən plenar iclasında Azərbaycanın hərbi doktrinasının dəyişdirilməsi təklifi ilə çıxış edən parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc maraqlı təkliflər irəli sürüb.
Millət vəkili Publika.az-a açıqlamasında deyib ki,
Azərbaycan heç bir hərbi bloklara qoşulmayan ölkə statusunu
seçməlidir. Onun sözlərinə görə, regional və beynəlxalq şərait
kəskin dəyişib: “Təhlükəsizlik konsepsiyaları isə çevik olaraq
yeniləşməlidir. Mən uzun illər NATO-Azərbaycan dostluq qrupunun
üzvü kimi Avroatlantik məkanın dəyərlərini bu cəmiyyətə təbliğ
edənlərdən biri olmuşam. Lakin açıq deməliyəm, Gürcüstan və
Ukraynanın bu quruma üzvlüyü Rusiya faktoru kontekstində böyük bir
avantüradır və həmin ölkələrin torpaq bütünlüyünə başlıca
təhlükədir. Ona görə də yaranmış yeni şəraitdə bizi öz hərbi-siyasi
ittifaqlarında görmək istəklərinin hər birindən eyni məsafə
uzaqlıqda dayanaraq, ikitərəfli formatda əlaqələrimizi inkişaf
etdirməliyik. Gələcəkdə o statusun dəyişməsi isə dövlətin öz
müstəsna qərarı olaraq qalır”.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın hərbi doktrinasında
dəyişiklik gündəmə gəldi. Belə ki, Şimal qonşumuzun hərbi
doktrinasındakı dəyişiklik yeni geosiyasi amillər, o cümlədən
Ukraynadakı hakimiyyət dəyişikliyi və “Ərəb baharı”nın doğurduğu
nəticələrlə bağlıdır.
Azərbaycanın hərbi doktrinası isə 2010-cu ildə qəbul edilib. 75
bənd, 7 əsas müddəadan ibarət olan doktrinada regiondakı hərbi
təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın
Azərbaycana təcavüzü, onun yaratdığı reallıqlar, Azərbaycan Silahlı
Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni
zamanda, hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi
əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq
hərbi müqavilələri və digər məsələlər sənəddə əksini tapıb.
Azərbaycan ərazilərində xarici hərbi bazaların yerləşdirilməsi
ilə bağlı hərbi doktrina layihəsində istisnalar nəzərdə tutulur.
Sənəddə qeyd olunur ki, lazımi şəraitlərdə Azərbaycan belə bir
səlahiyyəti özündə saxlayır.
Layihədə Ermənistan təcavüzkar kimi göstərilib. Eyni zamanda, bu
təcavüz nəticəsində regionda yaranmış vəziyyət, təhlükəsizliyə çox
böyük risklər öz əksini tapıb. Azərbaycanın regionda hansı
məsələləri özünə təhdid sayması layihədə göstərilib. Bundan başqa,
maliyyə və iqtisadi böhranlar, enerji resursları uğrunda aparılan
zorakı mübarizələr, separatizmin stimullaşdırılması və digər
məsələlər hərbi doktrina layihəsində yer alıb.
Asif
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı