Nida.az
Qubad İbadoğludan yeni ittiham: “Bunlara kimlər rəhbərlik edəcək?”
Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu yeni başqanın təyinatları ilə bağlı ittihamlar irəli sürüb.
Publika.az xəbər verir ki, Q. İbadoğlu “son günlər
sizlər arasında gedən müzakirələri izləyir və bölüşdüyünüz
mövqelərə, səsləndirdiyiniz fikirlərə və eyni zamanda, bir-birinizə
qarşı olan münasibətlərin şiddətinə görə narahatlıq keçirirəm” deyə
Müsavatdakı durumu belə xarakterizə edib.
“Əgər Müsavatın güclənməsini və inkişafını istəryirsinizsə,
müzakirələrin yönünü dəyişin, onu elə aparın ki, ondan partiyanın
gələcəyinə töhfələr olsun. Siz nədən bu müzakirələrinizi Məclis
seçkilərinin nəticələri üzərində qurub növbəti seçki üçün layiqli
namizədlərinizi müəyyənləşdirmirsiniz. Məclis Müsavatın vitrinidir,
ora ağılı, zəkası və intellekti olanların meydanıdır. Amma son
seçkilər göstərdi ki, sizlər Azərbaycanda konfliktlərin həlli,
təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert olan ABŞ-ın Duke
Universitetinin məzunu Elxan Mehdiyevin, tanınmış iqtisadçı, vergi
mütəxəssisi, keçmiş vergi naziri İsa Bağırovun, pedaqogika üzrə
fəlsəfə elmlər doktoru, Azad Müəllimlər Birliyinin sərdi Mələhət
Mürşüdlünün, tanınmış jurnalist, Müsavatın yazarı Elşad Paşasoyun,
insan haqları müdafiəçisi Sədaqət Paşayevanın, Böyük Britaniyanın
Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr
dərəcəsini almış Müsavat Gənclər təşkilatının sədri Əhliman
Abbasın, başqanlığa namizəd Tural Abbaslının və digər fədakar
gənclərin və ziyalı müsavatçıların Məclisə seçilməsinə nail ola
bilmədiniz. Heç kənarda qalanlarla Məclisə düşənlər arasında
paralellər aparmısınızmı? Necə ola bilər ki, orta savadı olanlar
Məclisə düşür, alimlər və ziyalılar ordan kənarda qalır. Bu sizi
düşündürürmü? Düşünürsünüzmü Partiyanın İqtisadiyyat, Təhsil, Tibb,
Təhlükəsizlik, Qarabağ komissiyalarına kimlər rəhbərlik edəcək.
Məclisin orta yaşına nəzər salmısınızmı? Hazırkı tərkibdə cəmiyyətə
təqdim olunacaq yeni simalar gördünüzmü? Məsləhətim odur ki,
bir-birinizi aşağılayan yazılara son qoyasınız, Məclis barədə
təhlillər aparasınız, layiqli namizədləri təqdim edəsiniz və onlara
yol açasınız”.
Asif
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?