Nida.az
Mitinqin aparıcısı kim olsun?- Milli Şurada “dava” başladı
Milli Şura mitinqində kimin aparıcı olması üstündə razılıq əldə olunmur.
Publika.az xəbər verir ki, AXCP Gənclər
Komitəsinin üzvü Abdulla Mahmudov aparıcılığın Sahib Kərimliyə
həvalə olunmasının təklif edib.
“Mitinqin aparıcısı kimi Sahib bəyi görmək istəyirəm. Xahiş edirəm,
Milli Şura rəhbərliyi istəyimi nəzərə alsın”, - deyə o
bildirib.
Lakin bu təklif birmənalı qarşılanmayıb və sosial şəbəkədə
müzakirələrə səbəb olub. Müzakirələrdən görünür ki, mitinqin
aparıcısı haqqında fikir ayrılığı var.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı İlham Hüseynin
namizədliyini irəli sürüb. Onun fikrincə, İ. Hüseyn bu işdə
sənətkardır.
Bununla yanaşı, Ə. Qurbanlının özünün aparıcı olması təklif
olunub.
Lakin buna qarşı çıxan gənc cəbhəçi İnqilab Kərimov buna etiraz
edib.
“Əbülfəz aparıcı olsa, mitinqdə yalnız onun çıxışındakı dəvətlilər
paylaşılacaq. Sahib bəy aparsa, bütün mitinq paylaşılacaq. Fərq
budur”, - deyə bildirib.
Bəzi cəbhəçilər İbrahim İbrahimli və Aqil Məhərrəm təklif
olunub.
Lakin ümumi razılıq əldə olunmayıb. Milli Şura rəhbərliyi məsələ
münasibət bildirməyib.
Qeyd edək ki, Milli Şuranın mitinqi oktyabrın 12-i, saat 15:00-da
Yasamal rayonu, “Məhsul” stadionunda keçiriləcək.
Asif
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."