Nida.az
Rəsul Quliyev Bakıya yaxın olmaq üçün Tiflisə gəlir – Özəl
Keçmiş spiker Rəsul Quliyev 2015-ci il parlament seçkiləri öncəsi Azərbaycana qayıdacaq.
Publika.az-a özəl mənbədən daxil olan məlumata
görə, R. Quliyev uzun müddətdir Azərbaycana dönməyi və siyasi
həyata yenidən başlamağı düşünür.
“Bunu üçün ABŞ-da müxtəlif dairələrdən dəstək əldə etməyə çalışır.
İndiyə qədər ABŞ siyasi dairələri onun bu istəyini o qədər də
ciddiyə almırdılar, lakin gələn il parlament seçkiləri öncəsi onun
Bakıya gəlməsi və ölkədə siyasi müxalifətin güclənməsinə dəstək
verməsi gözlənilir”, - deyə mənbə bildirib.
Mənbə onu da qeyd edib ki, R. Quliyev Bakıya gələ bilməsə,
Azərbaycana sərhəd olan ölkələrin birində məskunlaşacaq və
beləliklə, ölkədəki proseslərə daha yaxın olmağı düşünür.
Bu ölkə Rusiya deyil, çünki son proseslərdən sonra ABŞ-dan Rusiyaya
gəlib burda Azərbaycandakı siyasi proseslərə qoşulmaq çətindir.
Məlumata görə, R. Quliyev optimal variant kimi Gürcüstanı düşünür.
Hətta bunun üçün müəyyən fəaliyyətə başladığı da deyilir.
Qeyd edək ki, bir müddət öncə R. Quliyev
Publika.az-a müsahibəsində Azərbaycana qayıtmaq
məsələsinə toxunarkən qonşu ölkələrin birində yerləşməyi istisna
etməmişdi.
“Türkiyə, Rusiya və Gürcüstan variantları var, amma bu ölkələrin
hökumətləri məni bu ölkəyə buraxmır. Şərait elə gətirib ki, həmin
bu 3 sərhəd ölkədə Avropa dəyərlərini qəbul edən hökumətlər
formalaşmayana qədər oralara gəlmək problemə çevriləcək. İranda isə
proqressiv qüvvələr nəhayət islam fundamentalizmini üstələsələr
mənim yaxın ölkələrə gəlmək şansım reallaşacaq”, - deyə eks-spiker
bildirmişdi.
Asif Nərimanlı
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO