Nida.az
Ziyafət Əsgərov: “Şərt qoymamışıq ki, ittifaqa girək, bizə Qarabağı versinlər”

“Azərbaycanın Rusiya ilə həm iqtisadi, həm də humanitar sahədə yaxşı münasibətləri var. Bu münasibətlər təkcə Rusiya ilə belə deyil. Biz ikitərəfli münasibətlərə həmişə üstünlük vermişik”.
Publika.az xəbər verir ki, bunu Milli Məclis
sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə
açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı, Avropa
Parlamenti ilə də yaxşı münasibətləri var: “Biz fərq qoymuruq ki,
kiminləsə daha üstün münasibətlər quraq. Azərbaycan inkişafın elə
mərhələsindədir ki, bir çox dövlətlərin, o cümlədən Rusiyanın
ölkəmizə marağı artıb. Sözsüz ki, xarici siyasətimizi milli
maraqlar üzərində qururuq”.
Z. Əsgərov Azərbaycanın Gömrük İttifaqına üzv olmamasının səbəblərinə də aydınlıq gətirib. Bildirib ki, Azərbaycan ikitərəfli münasibətlərə üstünlük verir.
Vitse-spiker Azərbaycanın Avrasiya İttifaqına üzv olacağı təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı məsələlərə də münasibət bildirib.
“Biz Qarabağa görə hansısa ittifaqa üzv ola bilmərik. Qarabağ elə bir məsələdir ki, onunla ticarət etmək olmaz. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın əzəli torpaqlarıdır. Biz kiminsə qabağında belə bir məsələ qoymamışıq ki, hansısa ittifaqa girək, sonra bizə Qarabağı versinlər”, - deyə vitse-spiker qeyd edib.
Asif

-
İdman06:46
Messini ağır cəzadan görün kim xilas edib - FOTO
-
Magazin206:16
Hande Erçel uzun yarıqlı libasda GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin204:14
Məşhur müğənni Britaniyada həbs edildi - FOTO
-
ABŞ02:42
Tramp 11-ci dəfə BABA OLDU
-
Magazin202:12
“Avroviziya”nın bütün finalçıları məlum oldu - YENİLƏNDİ
-
İdman01:11
“Traktor”dan SON NÖQTƏ - Yenə zəfər çalıb kuboku qazandı
-
Sosial00:45
Paytaxtın köçürülməsi müzakirə olunur: sağlamlığımız təhlükə altındadır? - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Bu dəyişiklik səni çaşdıra bilər