Nida.az
Rusiyalı politoloq: “NATO Xəzərə müdaxilə etmək üçün məqam gözləyir”

ABŞ və NATO Xəzər regionuna müdaxilə etmək üçün məqam gözləyir.
Məhz bu baxımdan Həştərxanda keçirilən Xəzər sammitində tərəflər aid olmayan silahlı qüvvələrin bölgəyə girməsinə qarşı bəyanatların səslənməsi vacib idi.
Publika.az xəbər verir ki, bu barədə Xəzər
Əməkdaşlıq İnstitutunun baş direktoru, politoloq Aleksandr Sergey
Mixeyev deyib.Onun fikrincə, Həştərxan sammitinin nəticələri
müsbətdir: “Xəzərdə üçüncü ölkələrin hərbi qüvvələrinin olmasının
qarşısı alacaq sammiti çox əhəmiyyətli nailiyyət hesab etmək
olar.
Hansı ki, bu bütün hövzə dövlətləri üçün lazımlı idi. Çünki faktiki olaraq pərdənin arxasında olan qüvvələr, ABŞ və NATO bu bölgəyə girmək istəyir. Son 20-30 ildə biz ABŞ və NATO qüvvələrinin gəlişini yaxşı heç nə ilə müşahidə etməmişik. Bu ən yaxşı halda parçalanmaya - Yuqoslaviyada olduğu kimi – səbəb olur, ən pis halda isə Əfqanıstan, İraq, Liviya və Suriyada gördüyümüz müharibəyə. Bu səbəbdən, beş Xəzər dövləti öz ərazilərini xarici təhdidlərdən qorumaq qərarını verdi. Beş lider ələ anlayırlar ki, yadları bizim qayğılarımızı və problemlərimizi düşünmürlər. Onlar öz arzularına doğru gedirlər, bu həmişə belə olub, bundan sonra da belə olacaq”.
Rusiyalı politoloq qeyd edib ki, Xəzəryanı ölkələr üçüncü
qüvvələrlə razılaşmağa daha çox çətinlik çəkir, nəinki bir-biriləri
ilə. Onun sözlərinə görə, bölgədə sonsuz silahlandırmağa getməyin
mənası olmazdı.
“Hərbi əməkdaşlıq haqda o vaxt danışmaq olar ki, bunun ağıllı
səviyyəsi müəyyən ediləcək və sabitliyi təmin edəcək. Əks təqdirdə,
bu heç birimizə sərf etmir. Bu baxımdan, hərbiləşmə yalnız regionun
ümumi təhlükəsizliyini qorumağa yönəlməlidir”, - deyə o
bildirib.
Qeyd edək ki, Xəzərdə üçüncü qüvvənin olmaması haqda bəyənatların səsləndirildiyi Həştərxan sammitindən öncə Rusiyanın “Nezavisimaya Qazeta” nəşri yazırdı ki, hələ 2010-cu ildə Bakıda belə bir fikir var idi ki, dəniz milli sərhədlər olaraq bölünsün. Nəşr iddia edir ki, bu hər bir ölkəyə öz sərhədini qorumaq üçün istədiyi formanı seçməyə imkan verəcək ki, bu da ümumi təhlükəsizliyə təhdiddir.
Xəzərdə hərbiləşməyə qarşı ilk çıxan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan idi. Qərblilər bunu nə qədər istəsə də, Bakı Tehran və Moskvaya zəmanət verib. Aşqabad və Astana da buna razıdır. Lakin ortada hüququ baza olmadığından bu zəmanəti etibarlı hesab etmək olmaz. Xüsusilə Qərbin Bakını ələ almaq fonunda apardığı mübarizə buna əsas yaradır.
Lakin sabiq dövlət katibi, politoloq Vəfa Quluzadə Publika.az-a
açıqlamasında bildirdi ki, ABŞ istədiyi vaxt Xəzərə girə bilər.
“Rusiya Xəzərdə ən böyük qüvvədir və ondan başqa ikinci qüvvənin
olmasını istəmir. Kreml düşünür ki, Xəzəryanı ölkələrdən hansısa
ABŞ qüvvələrini dənizə gətirə bilər. Həştərxanda kənar qüvvələrin
dəniz hövzəsinə müdaxilə etməməsi haqqında bəyanat da buna
hesablanmışdı.
Lakin bu, bəyanatdan başqa bir şey deyil. Müqavilə imzalansaydı, başqa, amma bəyanatlara əməl etməmək olar. Hazırkı məqamda isə Amerikanın Xəzərə girməyə ehtiyacı yoxdur. ABŞ nə vaxt arzulasa, o vaxt Xəzərdə peyda ola bilər”, - deyə o qeyd edib.
Asif Nərimanlı

-
Qoroskop21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək
-
Yaxın Şərq21:00
İran İsrailin bu strateji obyektlərini vurub - Təl-Əviv ilk dəfə TƏSDİQLƏDİ
-
İdman19:24
Dəhşətli faciənin ilk təfərrüatı - Futbolçu qardaşların yanaraq öldüyü qəza necə baş verib?
-
Dünya17:58
Dünyanın ən toxunulmaz əraziləri: Göydən də qorunur, üzərindən uçuş qadağandır - FOTOLAR
-
Rəsmi xronika17:05
İlham Əliyev 2 fərman imzaladı
-
Maraq dünyası16:07
Göydə üzən sərvət: ABŞ arxasınca raket göndərdi - Bu tarixdə çatacaq
-
Sosial14:53
Əli Əsədov yeni qərar imzaladı
-
Region14:27
Paşinyanın adamı ermənilərə vəd verdi: Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq