Nida.az
Putinin Sərkisyana Qarabağa görə qəzəbləndiyi an
Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinin Ermənistan prezidenti Serj Sərkiyana Qarabağa görə qəzəbləndiyi xəbərləri yayıldı.
Publika.az xəbər verir ki, oktyabrın 10-da Minskdə
keçirilən Avrasiya İttifaqının sammitində Kremlin başçısı
Sərkisyana əsəbiləşib.
Bu barədə Vaşinqtondakı Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika və Geosiyasət Mərkəzinin direktoru Ariel Koen Moskvadakı mənbələrdən əldə etdiyi məlumata əsasən açıqlama verib.
“Moskvadakı mənbələrdən mənə daxil olan məlumata görə, Sərkisyanın
Qarabağ məsələsində güzəştə getmək istəməməsi Putini çox
qıcıqlandırır. Çünki Putin Ukrayna münaqişəsini əsas götürərək
Qarabağ münaqişəsinin nizama salınmasına çalışır. Başlanğıc üçün,
Azərbaycanın Qərb yönümlü siyasətdən imtina etməsi, Ermənistanın
isə bir neçə rayonu qaytarması lazımdır. Strateji hədəfdə
Azərbaycanın Avrasiya İttifaqına daxil olması var. Bunun üçün
Rusiya Qarabağı Azərbaycana qaytarmalı olacaq. Çünki başqa cür
Bakının Moskvaya doğru oriyentasiyasını dəyişdirmək mümkün deyil.
Sərkisyan buna razı olar, amma Ermənistandakı Qarabağ klanı buna
maneə yaradır”, - deyə amerikalı analitik vurğulayıb.
Bu gün sosial şəbəkələrdə Putinlə Sərkisyanın maraqlı fotosu
yayılıb. “Putinin Sərkisyana qəzəbləndiyi an” şərhi ilə paylaşılan
fotoda Rusiya prezidenti erməni prezidentinə qəzəbli gözlərlə
baxır. Güman edilir ki, foto Minsk sammitində çəkilib.
Asif Nərimanlı
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov