Nida.az
Rəsmi Bakıdan Sarkisyana cavab
Serj Sarksiyanın dövlət idarəçilik metodu bütün meyarlar
üzrə hərbi diktaturanın ən ifrat nümunəsidir.
Publika.az Trendə istinadən xəbər verir ki, bunu Azərbaycan
XİN-in mətbuat xidmətinin rəhbəri v.i.e. Hikmət Hacıyev Ermənistan
prezidenti S.Sarkisyanın “New York Times” qəzetinin Ermənistana aid
reklam bölməsində 23 oktyabr tarixində verdiyi müsahibəsini şərh
edərkən bildirib.
O, qeyd edib: "İfrat millətçi, irqçi və şovinist xarakterli
çıxışlar edərək, əslində Ermənistanın öz daxilində mövcud olan
problemlərdən fikri yayındırmağa və Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişənin həllinə əngəl yaratmağa çağıran Ermənistan
prezidenti Serj Sarkisyana bunları xatırlatmaq istərdik: Serj
Sarksiyanın dövlət idarəçilik metodu bütün meyarlar üzrə hərbi
diktaturanın ən ifrat nümunəsidir. Ermənistan ictimaiyyəti
tərəfindən bu idarəçilik üsulu və siyasi sistem hətta
kriminal-oliqarx xarakterli hərbi diktatura rejimi
adlandırır".
H.Hacıyev deyib ki, Ermənistanda 2008-ci il prezident
seçkilərindən sonra dinc nümayiş iştirakçılarının odlu silahdan
atəşə tutulmasını əmr edən və erməni müxalifətinin iddia etdiyi
kimi “kriminal qaydalar” əsasında öz rəqiblərinin qətlini sifariş
edən S.Sarkisyanın yürütdüyü siyasət nəticəsində Ermənistanın
əhalisinin 40 faizindən artığı ifrat yoxsulluq səviyyəsində yaşayır
və demoqrafik fəlakət astanasında olan bu ölkənin xarici borcları
ümumi daxili məhsulu bir neçə dəfə üstələyir: "İnsanlığa qarşı
cinayət əməllərinə görə bilavasitə məsuliyyət daşıyan və faşizm
ideologiyası əsasında irqçi “etno-dini Nzhdehiszm”i – “erməni
xalqının etnik üstünlüyü”nü - rəhbərlik etdiyi respublika
partiyasının və dövlət siyasətinin hakim irqçi ideologiyası elan
edən, öz ölkəsinin gənclərini qonşu xalqlarla gələcək müharibəyə
səsləyən Serj Sarkisyanın sülhdən danışmağa nəinki siyasi-hüquqi,
hətta əxlaqi-mənəvi haqqı belə yoxdur".
XİN rəsmisi bildirib ki, regional sülh və təhlükəsizlik üçün ən
başlıca təhlükə Ermənistanın Azərbaycana qarşı təcavüzüdür.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı
hərbi gücdən istifadə edərək, ərazilərinin 20 faizini işğal
etməklə, Ermənistan BMT nizamnaməsi və işğal olunmuş ərazilərdə və
Ermənistan ərazisində Azərbaycan xalqına qarşı qanlı etnik
təmizləmə və insanlığa qarşı cinayət törətməklə beynəlxalq
humanitar hüququ kobud şəkildə pozub: "İşğal və təcavüz və
insaniyyətə qarşı cinayət əməllərinə görə müasir beynəlxalq hüquqda
dövlətlərin və hətta fərdlərin məsuliyyəti aydın şəkildə müəyyən
olunub. Bu əməllərə görə Ermənistan və onun indiki rəhbərliyi
birbaşa məsuliyyət daşıyır".
H.Hacıyev qeyd edib: "BMT TŞ-nin 822, 853, 874 və 884 saylı
qətnamələrini təhrif etməyə çalışan Ermənistan prezidentinin
yaddaşını bir daha təzələmək istərdik. BMT baş katibinin bu
qətnamələrlə əlaqədar 1994-cü il 31 oktyabr tarixli SG/SM/5460
saylı bəyanatında deyilir: “BMT-nin mövqeyi TŞ tərəfindən qəbul
edilmiş qətnamələrdə əks olunan dörd prinsipə əsaslanır. 1-ci
prinsip Azərbaycanın ərazi bütövlüyüdür. 2-ci prinsip beynəlxalq
sərhədlərin toxunulmazlığıdır. 3-cü prinsip ərazi əldə etmək üçün
zordan istifadənin qəbuledilməzliyidir. 4-cü prinsip bütün xarici
qoşunların dərhal və qeyd-şərtsiz bütün işğal edilmiş Azərbaycan
ərazilərindən çıxarılmasıdır”.
Onun sözlərinə görə, Azərbaycan tərəfindən Böyük sülh sazişinin imzalanması və strukturlaşdırılmış əsasda və predmetli şəkildə danışıqların aparılmasının gündəmə gətirilməsi ilə çıxılmaz vəziyyətə düşən Ermənistan prezidenti və xarici işlər naziri son günlər yalnız bəhanələr və əsassız ittihamlara üz tutub: "Məqsədyönlü şəkildə texniki məsələləri gündəmə gətirməklə, Ermənistan diqqəti münaqişənin əsl mahiyyətindən yayındırmağa çalışır. Sözdə “münaqişənin sülh yolu ilə həllini”, “ATƏT Minsk qrupunun həmsədrlərinin səylərini” dəstəklədiyini deyən Ermənistan real olaraq münaqişənin həlli üçün heç bir addım atmamışdır. Münaqişənin həllinə nail olmaq üçün isə ilk növbədə Ermənistan öz silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır".
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO