Nida.az
Arif Hacılıdan xəbərdarlıq: “Təzyiqlərlə nəyəsə nail olmaq mümkün deyil”
“İndi bir çoxlarının tənqid etdiyi, ittiham etdiyi şəxslərlə birgə
illərdir ki, eyni yol gedilir. Onlarla illərdir ki, birgə yol
gedirik. Onların üstündən xətt çəkmək olmaz. Onlar da bizdəndir,
bizim üzvümüzdür”.
Publika.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı
Arif Hacılı Məclis iclasında çıxışı zamanı
deyib.
A.Hacılı qeyd edib ki, narazılara dəfələrlə danışıq və barışıq
təklif edib.
“Kim mənim üzərimə müharibə ilə gələcəksə, mən sülhlə gələcəm.
Kimsə hesab edirsə ki, Arif Hacılı kiminləsə toqquşacaq, xeyr,
olmayacaq. Müsavat Partiyasında hər bir üzvə bərabər münasibət
olacaq. Amma təzyiqlərlə nəyəsə nail olmaq, hansısa görəvlərə də
nail olmaq mümkün olmayacaq, bunu da deyirəm”, - deyə o
bildirib.
Qeyd edək ki, iclasda Məclisin boş qalan yerlərinə və Divan
üzvlüyünə seçkilər keçirilib. Divan üzvlüyünə 10 nəfər, Məclis
üzvlüyünə isə yalnız başqan müavini Gülağa Aslanlı
seçilib.
Toplantıda eyni zamanda Səxavət Soltanlı, Osman Kazımov, Gülağa
Aslanlı, Nüşabə Sadıqlı və Elman Fəttah Müsavat başqanının Arif
Hacılının müavinləri təyin edilib.
Xatırladaq ki, bundan əvvəl Arif Hacılı hazırda həbsdə olan Tofiq Yaqublu, Yadigar Sadıqlı və Fərəc Kərimlini özünə müavin təyib edib.
Asif
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO