Nida.az
YAP bələdiyyə seçkiləri ilə bağlı qərar verdi
Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərində namizədliyini irəli sürməyə hazırlaşır.
Hakim partiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, YAP sayı 15035 namizəd olmaqla bütün bələdiyyələrə öz
namizədlərini irəli sürmək niyyətindədir.
“Yeni Azərbaycan Partiyası 2009-cu ilin bələdiyyə seçkiləri zamanı
irəli sürdüyü namizədlər arasında gənclərin və qadınların sayının
artırılması çağırışını növbəti bələdiyyə seçkilərində də davam
etdirmək qərarına gəlib. O zaman Yeni Azərbaycan Partiyasının
uğurlu seçki kampaniyasını aparan gənc və qadın namizədləri
bələdiyyələrə seçilərək 2009-cu ildə formalaşan bələdiyyələrin
tərkibində gənclərin və qadınların təmsilçiliyinin əhəmiyyətli
dərəcədə artmasına müsbət təsir göstərə bilib. Ona görə də belə
qərara alınıb ki, 2014-cü ildə bələdiyyələrə irəli sürülən
namizədlər arasında gənclərin və qadınların sayı əvvəlki bələdiyyə
seçkiləri ilə müqayisədə daha çox olsun. Yeni Azərbaycan Partiyası
bələdiyyələri və bələdiyyə seçkilərini gənclərin və qadınların
ictimai - siyasi fəallığını yüksəltməyin mühüm şərti hesab edir.
Yeni Azərbaycan Partiyası əminliklə ifadə edir ki, partiyanın bütün
namizədləri, o cümlədən gənc və qadın namizədləri uğurlu seçki
kampaniyası apara biləcək və bu dəfə də ölkə bələdiyyələrində
sözügedən demoqrafik qrupların daha geniş şəkildə təmsil olunmasına
layiqli töhfə verəcəkdir”, - deyə YAP-dan bildiriblər.
Asif
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı