Nida.az
Rusiyalı ekspert: “Bakı və İrəvan masa arxasında hələ çox mübahisə edəcək”
“Ukrayna böhranı fonunda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin həllində ayrılıqda hərəkət etməsi olduqca mənfi haldır”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Sergey
Markedonov deyib.
Onun sözlərinə görə, həmrəylik olmasa, münaqişənin dalana dirənməsi
situasiyası daha da uzanacaq: “Amerikalılar ayrı, fransızlar ayrı,
ruslar da ayrılıqda münaqişənin həli üçün addımlar atırlar. Bu da
ümumiyyətlə mənfi olan vəziyyəti daha da pisləşdirir. Mən hər üç
həmsədr ölkənin heç nəyə baxmayaraq bir yerdə hərəkət etməsini arzu
edərdim. Lakin bunun yaxın gələcəkdə mümkün olacağı görünmür”.
Rusiya ekspert Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxın
zamanlarda mümkünsüz olduğunu da bildirib.
“Nə Bakıda, nə də İrəvanda hansısa güzəştlərdən söhbət belə getmir.
Heç bir tərəf öz mövqeyindən bir addım belə geri çəkilmək istəmir.
Bunun fonunda həmsədr ölkələri də fikir ayrılığı yaşayır. Deməli,
regionun sabitliyinə təhlükə olan münaqişə hələ yaxın illərdə də
həll edilməyəcək. Ən yaxşı halda tərəflər masa ətrafında oturub
mübahisə edəcəklər”, - deyə o bildirib.
Rusiyalı ekspert Paris görüşünü də nəticəsiz addım adlandırıb.
Asif Nərimanlı
-
Kriminal23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin123:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU