“Milli Şuranın Rüstəm İbrahimbəyovun qarşısında öhdəliyi yoxdur”
Bizi izləyin

Nida.az

“Milli Şuranın Rüstəm İbrahimbəyovun qarşısında öhdəliyi yoxdur”

“Milli Şuranın Rüstəm İbrahimbəyovun qarşısında heç bir öhdəliyi yoxdur”.


Bunu Publika.az-ın “Rüstəm İbrahimbəyov Milli Şuranın işində hansı formada iştirak edir?” sualını cavablandıran qurumun Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal deyib.


V. Mirkamal İbrahimbəyovun Milli Şura ilə təmas yaratmadığını da bildirib: “Əgər əlaqə yaradacaqsa, Cəmil Həsənli ilə yaratmalıdır. Mənimsə onunla heç bir təmasım olmayıb. Onunla birinci dəfə ötən il prezidenti seçkilərindən öncə avqust ayında məşhur Tiflis görüşündə təmas quruşam. Ondan sonra ümumiyyətlə heç bir əlaqəm olmayıb. Rüstəm İbrahimbəyovun Milli Şuranın işinə hansıa formada müdaxilə də etdiyini, yaxud qurumun işində iştirak etdiyini görməmişəm”.


V. Mirkamal R. İbrahimbəyovun Milli Şuranın təşəbbüskarı olduğu üçün fəxri sədr seçildiyini vurğulayıb.

“Sadəcə olaraq, təşəbbüs onun tərəfindən gəldiyi üçün fəxri sədr olması qərara alındı. Əvvəldən bunun simvolik olduğu məlum idi. Onsuz da o, əvvəldən ictimai-siyasi həyata nüfuz etmək imkanında deyildi. Bu gün Milli Şuranın onu qarşısında hansısa öhdəliyi yoxdur”, - deyə o, bildirib.


Qeyd edək ki, kinorejissor Rüstəm İbrahimbəyov bir neçə gün öncə mediaya açıqlamasında heç vaxt siyasətlə məşğul olmadığını deyib: “Heç vaxt siyasətlə məşğul olmamışam. Yalnız bir dəfə vəziyyət belə yaranıb ki, prezidentliyə namizədliyimi irəli sürməyə məcbur olmuşam. Bundan əvvəl və bundan sonra da heç vaxt siyasətlə məşğul olmamışam”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm