Nida.az
Azərbaycanla İran arasında 5 sənəd imzalandı
Noyabrın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub.
Publika.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İranın Enerji Nazirliyi arasında Anlaşma Memorandumunu İranın “Təvani” şirkəti direktorunun müavini Davud Mənzur və Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov;
Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə İranın İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında iqtisadi və texniki əməkdaşlıq üzrə Anlaşma Memorandumunu İranın iqtisadi işlər və maliyyə naziri Əli Təyyimniyə və Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev;
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu,
həmçinin Azərbaycan və İran hökumətləri arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov;
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında Memorandumu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”