Nida.az
"Onlara pul verib salıblar ortaya" - Partiya sədrindən sərt ittiham
Milli Şurada “agent” qalıbmı?- qurumun üzvü sərt
danışdı
Bir müddət öncə Milli Şurada baş verən “agent” davası istefa ilə
nəticələndi. Qurumun son sessiyasında Koordinasiya Şurasının
tərkibi seçilərkən Azəri-Talış Birliyinin sədri, “El” hərəkatının
sədr müavini Mehdibəy Səfərov Vahid Azərbaycan Milli Birlik
Partiyasının (VAHBP) sədri Hacıbaba Əzimovun KŞ-yə üzv seçilməsinə
qarşı çıxaraq onu talışların hüquqlarını tanımamaqda, onlara qarşı
separat fikirlər irəli sürməkdə ittiham etdi. Əlbəyaxa davasına
qədər gedib çıxan gərginlik agent ittihamlarının ortaya çıxmasına
səbəb oldu.
H. Əzimov Mehdibəy və digərlərini Rusiyaya işləməkdə, Azərbaycan torpaqlarının parçalanması siyasətinə xidmət etməkdə ittiham etdi və bu insanlarla bağlı tədbir görmənin vacibliyini irəli sürdü. M. Səfərov da etiraz bəyanatı ilə qarşı tərəfi ittiham etdi.
Daha sonra M. Səfərov Eldar Namazovun da istefasını əsas
gətirərək, bu cür hallara etiraz etməklə Milli Şuradan istefa
verdi. Lakin onun etirazına baxmayaraq H. Əzimov bu gün qurumun
KŞ-da təmsil olunur.
M. Səfərovun getməsi ilə Milli Şurada daha agentin qalmadığını
hesab etmək olarmı sualı ilə H. Əzimovun fikirlərini öyrəndik. H.
Əzimov Publika.Az –a danışdı, amma yetərincə sərt
tənqidlərini daha çox mediaya yönəltdi.
VAHBP medianı onları qarşı-qarşıya qoymaqda ittiham etdi və konkret olaraq bu barədə ona sual verilməsini qadağan etdi.“Onlara cavab verə bilirsinizsə, özünüz verin. Bu gün Avropa Parlamentində Ələkrəm Hümbətovun adamları müzakirələr aparır. Bunlara cavab verin, mənə birdə bu barədə sual verməyin. Əslində bununla onları gündəmə gətirirsiniz, hörmətə mindirirsiniz. Ümumiyyətlə, onların adını belə tutmağa dəyməz. Kim bacarır, vicdanı var, elə adamları ifşa etsin. Amma gündəmə gətirmək həm də təbliğ etməkdir”.
H. Əzimov qeyd edib ki, xarici kəşfiyyat tərəfindən idarə olunan
xeyli adamlar var ki, onlara pul verib salıblar ortaya: “Onlara tək
mən cavab verməli deyiləm ki?”.
Asif
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR