Nida.az
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, dövlət başçısı
Türkiyənin qarşıdakı ildə G20-yə sədrliyi münasibətilə Rəcəb Tayyib
Ərdoğana təbriklərini çatdırıb, bunu Türkiyənin beynəlxalq aləmdə
artan rolunun və nüfuzunun göstəricisi kimi qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın qarşıdakı ildə qurumun bütün
tədbirlərinə, o cümlədən 2015-ci ilin noyabrında Antalyada
keçiriləcək zirvə toplantısına dəvətə görə minnətdarlığını bildirib
və bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə
edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın bu qurumun
toplantılarına və zirvə görüşünə dəvət olunması bir daha
ölkələrimizin bir-birinə nə qədər yaxın olduğunu nümayiş
etdirir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
minnətdarlığa görə təşəkkürünü bildirib, sürətli iqtisadi inkişafa
nail olmuş Azərbaycanın bu qurumun işinə öz töhfəsini verəcəyinə
əminliyini ifadə edib.
Söhbət zamanı dövlət başçıları ikitərəfli əlaqələr,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları
ilə bağlı məsələləri müzakirə edib, Azərbaycan ilə Türkiyə arasında
dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra
da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO