Nida.az
Rauf Arifoğlu Müsavatdan istefaya hazırlaşır
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasının rəhbərliyində təmsil olunan bəzi adamların son hərəkətlərindən hiddətləndiyini açıqlayıb.
Publika.az xəbər verir ki, baş redaktor “facebook”
səhifəsində Müsavat Partiyasından istefa verə biləcəyini bəyan
edib.
“ANS mənə növbəti pisliyini etdi. İki gün yalvar-yaxar, müsahibə
aldılar. Sonra da bir qəzetə qarşı bir partiya liderinin mənəvi
terror kampaniyasını AXCP-Müsavat davası kimi qələmə verdilər.
Müsahibə götürdükləri “Yeni Müsavat”ın baş redaktoru, çəkdikləri
qəzet və jurnalistlər, lakin təqdimat partiya davası… Bu qədər
absurd olarmı? Danışdığımın da 95 faizi kəsildi, əvəzində Əli
Kərimlinin Müsavat üzrə müavini Fuad Qəhrəmanlıya söydürdülər bizi…
Bəzi Müsavat üzvləri də, hətta rəhbərliyə aid olanlar artıq neçənci
dəfədir “facebook”da kürəyimizdən xəncərləməkdədir.
Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır. AXCP ilə müttəfiq imişlər, xəbərimiz yox! İnşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik”, - deyə o bildirib.
Asif
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı