Nida.az
Obamanın yeni səfiri Sekuta kimdir? - “Wikileaks”ın məxfi sənədləri
ABŞ Senatı Robert Sekutanın Vaşinqtonun Azərbaycanda yeni səfiri kimi namizədliyini təsdiqləyib. O, Bakıda sələfi Riçard Morninqstarı əvəz edə bilər.
Publika.az Bakıya gələcək diplomat haqda araşdırma aparıb. Sekutanın son vəzifəsi dövlət katibinin enerji məsələləri üzrə köməkçinin böyük müavini olub. Riçard Morninqstarın da enerji sahəsi üzrə təcrübəli diplomat olması nəzərə alınsa, Vaşinqtonun Bakıya enerji mütəxəssislərini göndərməsinin təsadüf olmadığını göstərir.
R. Sekuta vaxtilə Əfqanıstan, Yaponiya və Almaniyada ABŞ səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. 2003-2007-ci illərdə Berlində işləyən Sekuta burda ABŞ İqtisadi Nazirliyinin vəkili vəzifəsini daşıyıb. 2007-ci ildə Tokioya gəlib, 2009-cu ilə qədər burda çalışıb. 2009-cu ildən sonra Dövlət Departamentinə təyinat alıb.
R. Sekuta Albaniya, Avstriya, İraq, Cənubi Afrika, Yəməndə ABŞ
Ticarət Nümayəndəliyinin Ofisində də işləyib.
2003-cü ildə ABŞ İraqa girərkən Əməliyyat Qrupunun İqtisadi
Siyasət Analizi və Diplomatiyası istiqamətində çalışıb. Bob
Corctaun Universitetinin mütəxəssisidir. Həmçinin, Qlobal İdarəetmə
və Milli Hərbi Kollecin Tanderberd Məktəbində usta dərəcəsi
alıb.
Bir müddət əvvəl məxfi materialları ilə Vaşinqtonu lərzəyə salan
məşhur “Wikileaks” saytı 2008-ci ildə Tokioda çalışan Robert
Sekutanın məxfi teleqramlarının dərc edib. Məxfi qrifli teleqramda
deyilir:
“İxtisası: İqtisadiyyat, Robert Sekuta. 1.4 (B).
“Econoff” İqtisadiyyat Nazirliyi haqda məlumatı çatdırdı. Ticarət və sənayeyə nəzarət bölünəcək. Məmurlar deyir ki, bu müzakirə olunacaq. Yaponiya bazarına “Sokkia” şirkəti ilə çıxın və “EmnOff” ilə istənilən nəticəni bölün. İnformasiyada deyilir ki, onlar ABŞ-la daha uzaq perspektivdə də işləməyə hazırdır”.
Başqa bir məxfi teleqramda Sekuta yazır:
“Martın 4-də Tokio İctimai Təhlükəsizlik Bürosu və Xirosima
perfektura polisi Horkos Karporasiyasının və Xirosima dəzgahları
istehsalçının 4 yüksək vəzifəli şəxsini həbs etdi. İttiham
lisenziya olmadan Cənubi Koreyaya və Çinə qeyri-qanuni ixracdır.
Yaponiya hakimiyyət orqanları 2008-ci ilin əvvəlində firmaya basqın
etdi. Baxmayaraq ki, mətbuat ixracın bir hissəsinin Şimali Koreyaya
göndərildiyinə dair xəbərlər yazırdı”.
Məxfi teleqramda daha sonra məsələ ilə bağlı durum və çıxış yolları göstərilir.
Asif Nərimanlı
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!