Nida.az
PA rəsmisi: "Azərbaycan informasiya təxribatlarına məruz qalır"
Cəbhə bölgəsində müşahidə edilən gərginlik cəmiyyətin informasiya təhlükəsizliyi məsələsini aktuallaşdırdı.
Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident Administrasiyası, Müdafiə Nazirliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu" mövzusunda keçirilən tədbirdə bildirib.
V.Əliyev deyib ki, regionun aparıcı ölkəsi olan Azərbaycan həm
müxtəlif xarici dairələr, həm Ermənistan tərəfindən informasiya
təxribatlarına məruz qalır: "Azərbaycanın demokratik vəziyyətinin
təhrif olunmuş formada çatdırılmasına cəhdlər, erməni lobbisi ilə
işbirliyi Azərbaycanın milli maraqlarına zərbə vurur. Xüsusən də
cari ilin iyul-avqust aylarında cəbhə xəttində düşmən təxribatları,
eləcə də noyabrda Ermənistana məxsus hərbi helikopterin vurulması
göstərdi ki, erməni informasiya resursları Azərbaycana qarşı
informasiya diversiyası həyata keçirirlər. Nəzərə almaq lazımdır
ki, müharibə davam edir və erməni təxribatlarının da davam edəcəyi
ehtimal olunur. Bundan əlavə, ermənilər saxta "erməni soyqırımı"nın
100 illiyinə hazırlaşırlar və bununla bağlı da işlər
görəcəklər".
PA rəsmisi qeyd edib ki, bəzi internet resursları qeyri-peşəkar,
xüsusən ermənilərin fəaliyyətinə uyğun işləyirlər: "Azərbaycan
mediası xüsusən Ermənistan mediası tərəfindən yayılan məlumatlara
diqqətlə yanaşmalıdır. Biz informasiya axınının ardınca getməli
deyilik. Gündəmi özümüz yaratmalıyıq".
V.Əliyev bildirib ki, artıq dünyanın aparıcı media orqanlarında
Azərbaycan KİV-nə istinad edilir. Jurnalistlər dünyanın aparıcı
KİV-də məsələlərin şərh edilməsinə cəlb olunur: "Bu dəqiqə
Azərbaycan mediası öz nüfuz dairəsi və inkişaf səviyyəsinə görə həm
Ermənistan, həm Gürcüstan mediasını geridə qoyur".
Onun sözlərinə görə, avqustda cəbhədə baş verən hadisələrlə
müqayisədə helikopterin vurulması zamanı mediamız məsələlərə
kifayət qədər peşəkar yanaşdı və erməni təxribatına layiqli cavab
verildi: "Lakin bunlar heç də problemlərin aradan qaldırılması
demək deyil. Yalan, həqiqətə uyğun olmayan məlumatlar yayılır,
təəssüf ki, internet resurları bu məsələyə peşəkar yanaşmır,
dəqiqləşdirmirlər".
V.Əliyev hesab edir ki, jurnalistlərin akkreditasiya olunması vacib
şərtlərdən biridir. Hərbi məlumatlar yayıldıqda Müdafiə Nazirliyi
ilə əlaqələndirilməlidir.
PA rəsmisi çıxışında xatırladıb ki, sentyabrın 24-də Azərbaycan
Prezidenti tərəfindən sərəncam imzalandı: "Sərəncamda cəbhə
bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də
dövlət sirrini təşkil edən hərbi məlumatların açıq formada
yayılmasının qarşısını almaq üçün tədbirlər müəyyənləşdirilib.
Artıq bu istiqamətdə tədbirlər həyata keçirilir. Bununla bağlı
Prezident Administrasiyasının şöbəsi müvafiq tədbirlər planı
hazırlayıb və həyata keçirilməkdədir. Bunlar mediada informasiyanın
yayılmasına məsul olan şəxslərin peşəkarlığının artmasına şərait
yaradacaq".
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”