Nida.az
Rauf Arifoğlu Arif Hacılı ilə görüşündən danışdı: “Nəticələrdən razı qaldım”
“Arif Hacılı ilə görüşümüz dostluq atmosferində keçdi. Yaranmış problemlə bağlı ikimiz də mövqelərimizi açıqladıq. Təkliflər irəli sürüldü”.
Bu barədə Publika.az-a “Yeni Müsavat” qəzetinin
baş redaktoru Rauf Arifoğlu bu gün Müsavat başqanı Arif Hacılı ilə
görüşü barədə danışarkən deyib.
R. Arifoğlu görüşün faydalı keçdiyini bildirib: “Faydalı görüş
oldu, bir çox məsələlərə dair öz mövqeyimizi dəqiqləşdirdik. Ayrıca
Arif Hacılı partiyanın 14 dekabra təyin etdiyi mitinqə görə qəzetin
informasiya dəstəyi verməsini xahiş etdi və bu, anlayışla
qarşılandı. Mən görüşün nəticələrindən və orada əldə etdiyim
məlumatlardan razı qaldım”.
Qeyd edək ki, görüş bu gün saat 15:00-da Müsavat başqanının
təşəbbüsü ilə baş tutub. Buna səbəb isə dünən gecə Müsavat
başqanının müavini Osman Kazımovun sosial şəbəkədə “Yeni Müsavat”la
AXCP arasında baş verənlərin Müsavat Partiyasına aidiyyəti yoxdur”
deyə yazmasına Rauf Arifoğlunun etirazı olub. Rauf Arifoğlu
“facebook”dakı statusunda gələn həftə qəzetdə çalışan
müsavatçıların partiyada qalıb-qalmamaq məsələsinin müzakirə
olunacağını yazıb.
Asif Nərimanlı
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO