Nida.az
“Nəzər Nöqtəsi” layihəsinə start verildi – FOTOLAR
Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Gənclər Fondu və “İrəli” İctimai Birliyi tərəfindən birgə “Nəzər Nöqtəsi” adlı layihənin başlanılmasına həsr olunan konfrans keçirilib.
Publika.az-ın məlumatına görə, layihə 6 dekabr - 10 dekabr 2014-cü il tarixləri aralığında davam edəcək.
“Nəzər nöqtəsi” layihəsinin əsas məqsədi dünya arenasında Azərbaycan adını yüksəldə bilən gənclərin hazırlanması, beynəlxalq rəqabətə davamlı kadrların yetişdirilməsi, dünya arenasına “Mən fəxr edirəm ki, azərbaycanlıyam” fəlsəfəsini çatdırıb, izah edib, təbliğ etməkdir.
Layihədə iştirak etmək üçün 200 müraciət daxil olub, onlardan 87 nəfəri müsahibədə iştirak edib, müsahibədən sonra isə layihədə iştirak etmə haqqını 31 nəfər qazanıb.
Layihə çərçivəsində gənclər 5 gün ərzində təlimləndirildikdən sonra aldığı bilikləri tətbiq etmək imkanları qazanacaqlar. Təlimlərin ümumi olaraq “Azərbaycanın siyasəti”, “Komanda quruculuğu”, “Dövlət quruculuğu”, “Siyasi analiz və təhlil”, “Dağlı Qarabağ” mövzularında aparılması planlaşdırılır.
Layihənin keçirilməsi üçün nəzərdə tutulan coğrafi ərazi kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "gənclər paytaxtı" seçilən Quba şəhərinin Gənclər Mərkəzidir.
Vasif Həsənli
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı