Nida.az
30 cəbhəçi Əli Kərimliyə etiraz olaraq AXCP-dən gedib – ÖZƏL
AXCP sıralarından 30 nəfər cəbhəçi istefa verib.
Publika.az-ın əldə etdiyi məlumata görə, 30
partiya üzvü hələ bu ilin yanvar ayında AXCP-ni tərk edib. Lakin
partiya rəhbərliyi bunu ictimaiyyətdən saxlayıb.
“Bu ilin yanvar ayında partiya üzvü Qaraxan Ağayev və Qarabağ
veteranı Füzuli Bədirovun istefası ərəfəsində daha 30 nəfər partiya
sıralarını tərk etdilər. Lakin onlar xüsusi bəyanatla getmək
istəmədilər. Çünki hər kəs Əli Kərimlinin zombi dəstəsinin sosial
şəbəkələrdə etdiklərini bilir. Ona görə də bu dəstənin hədəfinə
çevrilməmək üçün partiyadan sakitcə ayrıldılar”, - deyə AXCP-dəki
mənbə bildirib.
Məlumata görə, partiya rəhbərliyi bunu cidd-cəhdlə ictimaiyyətdən
saxlamağa çalışıb. İstefa verənlər də bu addımlarını
ictimaiyyətləşdirmədiyi üçün bundan çox az adamın xəbəri var.
Qeyd edək ki, bu ilin yanvar ayında sabiq prokuror Qaraxan Ağayev
bəyanat verərək AXCP sıralarını tərk etmişdi. O, bəyanatında Əli
Kərimlinin siyasətinə etiraz olaraq bu addımı atdığının
bildirmişdi. Onunla birlikdə Qarabağ veteranı Füzuli Bədirov da Əli
Kərimlinin siyasətinə etiraz olaraq AXCP-dən istefa vermişdi.
Asif Nərimanlı
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi