Nida.az
Qubad İbadoğlu: “Sevinc Hüseynova rəhbərlərinin sözünü çatdırır”
“Sevinc Hüseynova öz sözünü danışmır, rəhbərlərinin mesajını çatdırır”.
Bunu Publika.az-a açıqlamasında Müsavat
başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Mərkəzi Nəzarət-Təftiş
Komissiyasının (MNTK) sədri Sevinc Hüseynovanın “zərurət yaranarsa,
MNTK-da Qubad İbadoğlu və Vurğun Əyyubun məsələsinə baxıla bilər”
açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, MNTK tərəfkeşlik edir: “Sevinc xanımın bu
açıqlaması MNTK-nın tərəf olduğunu göstərir və bu, hazırkı şəraitdə
partiya üçün ən böyük problemlərdən biridir. Müstəqil MNTK-sı
olmayan partiyada belə bəyanatlar bizim üçün heç bir əhəmiyyət
daşımır”.
Q. İbadoğlu Müsavat rəhbərliyi üçün təkliflər paketi hazırladığını
deyib: “Müsavat Partiyasının işinin yenidən qurulması və
fəaliyyətinin gücləndirilməsi ilə bağlı tövsiyələr və barışıq
naminə təkliflər paketinin reallaşmasını gözləyirik. Bu ay
partiyanın Məclisi olacaq. Ümid edirik ki, Məclisdə bizim təkliflər
müzakirəyə çıxarılacaq və qəbul ediləcək. Bu da partiyadakı durumun
yaxşılaşmasına gətirib çıxara bilər”.
Başqanlığa keçmiş namizəd hazırda ADR hərəkatından da danışıb.
“Hazırda təsis yığıncağının çağırılması məqsədilə Təşkilat
Komitəsini formalaşdırırlar. Qərarı Təşkilat Komitəsi verəcək,
təşəbbüs qrupu hərəkatın nizamnaməsi və fəaliyyət proqramı üzərində
işləyir. Təsis yığıncağına tələb olunan sənədlər paketi ilə getməyi
planlaşdırırıq. Həmin sənədləri qəbul edəndən sonra fəaliyyətimizi
proqram əsasında davam etdirəcəyik”, - deyə Q. İbadoğlu
bildirib.
Asif Nərimanlı
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi