Nida.az
Anons: "Maydan Müsavatı yeni başqanla görəcəksiniz”
“Bu qurultaydan sonra Müsavat Partiyasını yeni başqanı ilə görəcəksiniz”.Bu barədə Müsavat başqanının müşaviri Səxavət Əlisoy Publika.Az –a açıqlamasında Müsavatın qurultayının vaxtının məlum olmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qurultay 2010-cu ildə keçirilməli idi, lakin yerin verilməməsi üzündən bu vaxta qədər yubanıb: “Bu, böyük bir xətadır, amma partiyanın xətası deyil. Burda əsas məsələ qurultayın keçirilməsidir. Eyni zamanda növbəti qurultayda güman ki, İsa bəyin özünün təklifi ilı 2006-cı ildə nizamnaməyə salınmış müddəaya əsasən yeni başqan seçiləcək”.
Müşavir qeyd edib ki, İ. Qəmbərin başqanlıqdan getməsini
istəməyənlər var. Onun sözlərinə görə, bunun tərəfdarları hesab
edirlər ki, İ. Qəmbər gedərsə Müsavatda qopmalar qaçılmaz olacaq:
“Düzdür, bu məsələ Divanda müzakirə olunmayıb, lakin koridorlarda
söhbətlər olub. Bu barədə məlumatlıyıq. Buna görə də onlar
qurultayda nizamnaməyə yenidən dəyişiklik etmək istəyirlər. Amma
bütün hallarda İsa bəy özü növbəti qurultayda Müsavat Partiyasının
başqanı olmayacağını bəyan edib. Onu tanıyan insan kimi deyə
bilərəm ki, İsa Qəmbər sözündə qəti və israrlıdır”. Bu baxımdan, S.
Əlisoy qurultayda başqan dəyişikliyi olacağını hesab edir.
“May ayından sonra Müsavatda yeni başqan olacaq”-deyə o qeyd
edib.
Qeyd edək ki, Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə
qurultayla bağlı müraciət edib. Müraciətdə qurultayın 2014-cü ilin
24 may tarixində keçiriləcəyi bildirilir.Müsavat Partiyasının
nizamnaməsinə edilmiş dəyişikliyə görə, başqan iki dəfən artıq
seçilə bilməz. Nizamnaməyə görə, İsa Qəmbər qurultaydan sonra
Müsavata başqanlıq etməməlidir.
Asif
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO