Nida.az
Millət vəkili MTN-ə müraciət edəcək
Deputat Fazil Mustafa Namik Haşımzadə ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcək.
Bununla bağlı Axar.az-a millət vəkili Fazil Mustafa özü məlumat verib. Deputat qeyd edir ki, artıq N.Haşımzadənin təhqir dolu statusları dosye halına salınıb və yaxın günlərdə müvafiq addımlar atılması üçün MTN-ə müraciət olunacaq:
“Hələ ki, heç bir yerə müraciət etməmişəm. Səbəb isə müraciətlə əlaqədar lazımi sənədlərin, Namik Haşımzadənin təhqir dolu SMS-lərinin yığılması idi. Bu şəxs həm məni, həm də ölkə prezidentini və onun ailə üzvlərini bütün yazılarında, paylaşdığı statuslarında açıq şəkildə təhqir edir. Namik Haşımzadə birbaşa başqa bir ölkədən dəstəklənir. Həmçinin bir sıra yerli saytlar da onu dəstəkləyir. Açıq-aydın görünür ki, bu insan nə işlə məşğuldur. Onun bu təhqiredici hərəkətləri yolverilməzdir. Buna qarşı da biz öz mövqeyimizi qoyacağıq. Bu insan Azərbaycan vətəndaşıdır, ancaq bizi, ölkə prezidentini bütün yazılarında təhqir etməkdən çəkinmir. Biz vətəndaşı deyil, vətənini satanları ifşa edirik”.
-
Hadisə20:48
Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: aralarında tələbələr də var
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu