Nida.az
İttihamlar gücləndi, ABŞ səfirliyi münasibət bildirdi
ABŞ Konqresinin Nümayəndələr Palatasının Dövlət və Xarici Əməliyyatlar üzrə Alt Komitəsi gələn il Dağlıq Qarabağdakı separatçı rejimə göstərilən humanitar yardımın miqdarını 2 milyon dollardan 5 milyon dollaradək artırmağı təklif edib. Alt Komitə ABŞ administrasiyasını Gürcüstanın ermənilərin sıx yaşadığı Cavaxetiya bölgəsinə yardımla bağlı strategiya hazırlamağa çağırıb.
Publika.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, ABŞ Rusiya ilə danışılmış siyasət yeridir: “Dağlıq Qarabağın separatçı rejiminə, həmçinin Cavaxetiya bölgəsinə edilən yardımlar bu siyasətin qabarıq şəkildə üzə çıxdığını göstərir. ABŞ bölgədə konkret olaraq kimi dəstəklədiyini tam şəkildə ortaya qoyur.
ABŞ-ın bu addımları Gürcüstanda və Azərbaycanda ciddi fikir dəyişikliyinə gətirib çıxara bilər. Rəsmi Vaşinqton Azərbaycan və Gürcüstanın suverenliyinə açıq şəkildə hörmətsizlik edir. Bu məsələnin durdurulması üçün həm Azərbaycan, həm də Gürcüstan aktiv fəaliyyət başlamalıdır”.
Fazil Mustafa hesab edir ki, Cavaxetiya bölgəsində yaşayan erməniləri dəstəkləməklə ABŞ Gürcüstana arxadan zərbə vurub: “Hər halda Gürcüstan da bu məsələdə sərt reaksiya göstərməlidir”.
Məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi Publika.Az-a belə açıqlama verib: “ABŞ Konstitusiyasına əsaslanaraq qanunvericilik orqan olan Konqres ölkə hökumətinin büdcəsini müəyyənləşdirir. Bura eyni zamanda xarici yardımlar da daxildir. Alt Komitə Dağlıq Qarabağa və Ermənistana 2013-cü il büdcə ili çərçivəsində yardımların ayrılmasını Konqresə tövsiyə edib.
Bu, ilkin təklifdir və dəyişilə bilər. Son maliyyə isə büdcə təsdiq olunandan, yəni Konqres və Senatın, daha sonra isə prezidentin razılığından sonra müəyyənləşdirilir.
ABŞ tanınmamış separatçı rejimə hansısa yardım etməyib. 2002-ci ildən başlayaraq Dağlıq Qarabağın humanitar layihələrinə, o cümlədən ərazilərin minalardan təmizləməsinə, evlərin və məktəblərin təmir olunmasına, ilkin tibbi yardım və kənd təsərrüfatına aid olan layihələrə ABŞ tərəfindən hər il təxminən 2 milyon dollar ayrılıb.
Son maliyyələşmə xüsusi olaraq ərazilərin minalardan təmizlənmə və su layihələrinə ayrılıb. Birbaşa bu layihələri həyata keçirən təşkilatlatlara verilib. Yəni hansısa dövlət qurumuna vəsait verilməyib.
ABŞ müqayisə olunan səviyyədə yardımı Azərbaycan tərəfə də göstərib. Bu maliyyə yardımlar isə məcburi köçkünlərə və ərazilərin minalardan təmizlənməsi üçün verilib. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq Helsinki aktının prinsipləri əsasında tərəflərə sülh yolu ilə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində öz köməyini göstərmək öhdəliyinə sadiq qalıb”.
Publika.Az
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı