Nida.az
Deputatdan prokurorluğa şikayət edilib
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Sülemyanovla qondarma "erməni soyqırımı" iddiasını təbliğ edən Condo Boqaturiya arasında yaranan qalmaqal davam edir. Ötən ay parlamentin plenar iclasında deputatlar arasında baş verən mübahisə Gürcüstanda geniş rezonans doğurub. Belə ki, Gürcüstan erməni diasporu azərbaycanlı deputatın çıxışına etiraz edərək ona qarşı çirkin kampaniyaya başlayıb. Başda C.Boqaturiya olmaqla erməni icması A.Süleymanovun hakim partiyadan çıxarılması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün Tiflis prokurorluğuna müraciət edib.
Bu barədə deputat A.Süleymanov Modern.az-a məlumat verib. A.Sülemyanovun sözlərinə görə, gürcü deputat erməni diasporu ilə birgə prokuroluq orqanlarına müraciət edərək onun parlamentdən kənarlaşdırımasını tələb edib:
"Ermənilərin Gürcüstandakı diasporu və həmin deputat məni məlum olaydan sonra prokurorluq orqalarına şikayət etdilər. Lakin, məni prokurorluqdan məsələ ilə bağlı heç bir sorğu-suala çağırmadılar. Ümumiyyətlə, məni prokurorluq dəvət belə, etmədi. Çünki Gürcüstan qanunvericiliyinə əsasən, deputatı prokurorluq orqanı istintaqa cəlb etmək üçün ilk növbədə gərək parlament bununla bağlı qərar çıxarsın. Parlament isə həmin deputatın haqqımda səsləndirdiyi fikirləri pisləyir"-deyə A.Süleymanov vurğulayıb.
Siyasi fəaliyyətində heç bir problem olmadığını deyən A.Süleymanov qeyd edib ki, ermənipərəst deputat Gürcüstandakı diplomatik korpus nümayəndələrinə də onun parlamentdən uzaqlaşdırılması ilə bağlı müraciət edib. Deputatın sözlərinə görə, C.Boqaturiya nümayiş etdirdiyi iyrənc davranışları ilə heç nəyə nail ola bilməyəcək:
"Həmin o deputatla demək olar ki, bir dəfə parlamentdə rastlaşdıq. İstər parlamentdə olsun, istərsə də diaspor səviyyəsində məni deputatlıqdan kənarlaşdırmağa çalışsalar da, onlar mənə heç nə edə bilməyəcəklər. Boqaturiya Gürcüstanda diplomatik korpusun qarşısında çıxış edərək mənim mandatımın əlimdən alınmasını və cinayət məsuliyyətinə cəlb olunmamı tələb edib. Hansı ki, həmin deputat və təmsil etdiyi partiya Gürcüstanda reytinqi olmayan bir partiyadır. Əlbəttə ki, Gürcüstan hökuməti ermənilərin sözü ilə oturub-duran deyil. Bu baxımdan mən yenə də öz xalqımı, millətimi və Qarabağ məsələsini əlimdən gəldiyi qədər işıqlandırmağa çalışacam. Onlar mənə mane ola bilməyəcəklər"
Qeyd edək ki, ötən ayın 23-də parlamentin iclasında qondarma "erməni soyqrımı"ndan danışan deputat C.Boqaturiya parlamentin bu "soyqırımı"nı tanımaq barədə müzakirələr aparmasını təklif edib. Bu zaman azərbaycanlı deputat A.Süleymanov etiraz edib və deputatlar arasında böyük mübahisə yaranıb. Gürcü deputatın bu təklifi Gürcüstanda yaşayan azərbaycanlıların da etitazına səbəb olub.
Publika.Az
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO