Nida.az
AMİP-də gərginlik: partiyanın parçalanması ehtimalı var
“Azərbaycan Milli İstiqlal partiyasının (AMİP) rəhbərliyində təmsil olunan bir qrup şəxs partiyanın İctimai Palataya qoşulmasını tələb edir və yaranan narazılıqların kökündə də məhz bu amil dayanır. Lakin AMİP-də parçalanmaların olduğu, sədrin istefaya göndəriləcəyi xəbəri kökündən yanlışdır”.
Publika.Az-a açıqlamasında AMİP sədrinin müavini Nazim Ələsgərov AMİP-də parçalanmaların olacağına dair yayılan məlumatlara aydınlıq gətirərkən belə deyib.
Yayılan məlumatlara görə, AMİP rəhbərliyində təmsil olunan funksionerlər partiya sədri Yusif Bağırzadə və baş katib Arzuxan Əlizadəyə qarşı kampaniyaya başlayıb. İnformasiyada qeyd olunur ki, partiya sədrinin müavinləri sədr Yusif Bağırzadəni istefaya göndərmək üçün qurultay çağırmağa hazırlaşsalar da, sədr məğlub olacağını bildiyindən hər vəchlə bunun qarşısını almağa çalışır.
AMİP sədrinin müavini Nazim Ələsgərov partiyada narazılıqların olduğunu təsdiqləsə də, münasibətlərin parçalanma həddinə çatmadığını söyləyib: “Əlbəttə, bütün partiyalarda olduğu kimi, AMİP-də də narazılıqlar var. Bunu gizlətmirik. Əsas narazılıq AMİP-in İctimai Palataya qoşulmamaqdan imtina etməsi ilə bağlıdır.
Partiya rəhbərliyində təmsil olunan bəzi funksionerlər, o cümlədən mətbuat katibi Əli Oruclu AMİP-in İctimai Palataya qoşulmasını tələb edirlər. Onlar mövqelərində israr etməyə başlayıblar. Lakin hələlik partiyanın qərarına tabe olurlar.
O ki qaldı AMİP-də parçalanmaların olduğuna dair yayılan məlumatlara, yazılanlar həqiqəti əks etdirmir. Partiya üzvləri son qurultayda yekdilliklə Yusif Bağırzadəni sədr seçiblər. Onun fəaliyyətindən ciddi narazılıq yoxdur”.
Azər Niftiyev
Publika.Az
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır