Nida.az
İtaliyadakı səfirimiz parlamentdə tənqid olundu
“Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlərinin fəaliyyətinin gücləndirilməsinə ehtiyac var”.
Publika.az xəbər verir ki, bu barədə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bəzi ölkələrdəki səfirlərimiz fəaliyyət
göstərdikləri ölkəyə səfər edən azərbaycanlı parlament
nümayəndələrinə etinasız yanaşırlar: “Azərbaycan parlamentinin
nümayəndələri İtaliyada möhtəşəm beynəlxalq tədbirdə iştirak
etdilər. Lakin bu ölkədə fəaliyyət göstərən səfirimiz nəinki
deputatları, hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlını belə müşayiət etmədi. Nümayəndə heyəti ilə
salamlaşmadı, səfirliyə çay içməyə dəvət etmədi. Azərbaycan
nümayəndələrinə qarşı belə laqeydlik qəbul edilməzdir”.
Spiker Oqtay Əsədov isə Azərbaycanın İtaliyadakı səfirinin təcrübəli diplomat olduğunu deyib.
“Onun İtaliya nümayəndələrinin Azərbaycana yönəldilməsi və bu ölkə
ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsində böyük
xidmətləri var. Buna baxmayaraq, biz bu məsələni araşdıracağıq”, -
deyə spiker vurğulayıb.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
sədri Səməd Seyidov məsələyə münasibət bildirərkən deyib ki,
Azərbaycanın İtaliyadakı səfiri Vatikanda səfirlik funksiyasını
yerinə yetirə bilməz: “Bu, qarşılıqlı razılaşma ilə təsdiq olunub.
Azərbaycanın Vatikandakı səfiri Elçin Əmirbəyovdur. İtaliyadakı
səfirimiz Vaqif Sadıqov sözügedən tədbirə qatılsa da, səfir kimi
çıxış edə bilməzdi”.
Asif
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı