Nida.az
Bahar Muradova: "... Müharibə qaçılmazdır"
Serj Sarkisyanın Ermənistan prezidenti olduğu müddətdə Dağlıq Qarabağda müharibə qaçılmazdır. Milli Məclisinin vitse-spikeri Bahar Muradova belə hesab edir.
“Əgər Serj Sarkisyanın mövqeyi rəhbər tutulsa, o zaman müharibə
qaçılmazdır” – deyə B.Muradova Bakıda keçirilən mətbuat
konfransında Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyəti
şərh edərək bəyan edib.
“Əgər Azərbaycan bu məsələni Sarkisyanla müzakirə edərsə, o zaman
müharibəni gözləmək lazımdır”, - deyə o əlavə edib.
Vitse-spikerin sözlərinə görə, dinc sakinlərin qan tökülmələrinə
imkan yaradan dövlət başçıları barəsində sanksiyalar qəbul edən
beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi və Xocalı
soyqırımının gunahkarları barədə ikili standartlar nümayiş
edirlər.
“Bununla belə, vəziyyəti qiymətləndirərək deyə bilərəm ki, Dağlıq
Qarabağ problemini müharibəsiz həll edə bilərik. Biz Ermənistanı
sülhə vadar etdirmək üçün müəyyən güvvələrə təsir göstərməyə davam
edəcəyik”, - deyə o bildirib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında
Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin
mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə
Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu
da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı
qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda
hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası
Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad
edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər
arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ
münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk
Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir.
Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini -
Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks
etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya
gətirməyə çalışırlar.
İnterfax-Azərbaycan
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək