Nida.az
Mehman Əliyev: “Mənə MTN-də general vəzifəsi təklif olunub” - Yeniləndi
Mehman Əliyev :"Onun MTN rəhbərliyinə yaxın şəxs olub-olmamasını bilmirəm"
"Babək Muradovu tanıyıram, yaxın münasibətlərim var. Amma onun MTN rəhbərliyinə yaxın şəxs olub-olmamasını bilmirəm".
Bunu Teleqraf.com-a açıqlamasında "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev "Virtualorg.az" saytında dərc olunan yazıda onun Babək Muradov adlı sahibkarın vasitəsi ilə MTN-lə əməkdaşlıq etməsi barədə yazılanlara münasibət olaraq bildirib. "Babək Muradov MTN rəhbərliyinə yaxın şəxsdir. M.Əliyev maskalanmış radikal müxalifətçi rolunda B.Muradova informasiyaları sızdırır", deyə yazıda qeyd olunur. E.Fətullayev iddia edir ki, bunu jurnalist Xədicə İsmayılova amerikalı diplomatlara təqdim etdiyi məxfi hesabatında göstərib.
M.Əliyev qeyd edib ki, X.İsmayılova yazılanların yalan olduğunu deyib: "Siz məgər bilmirsiniz, "Turan"ın pulu hardan gəlir? Mən MTN-ə işləyirəmsə niyə maddi çətinlik çəkirik".
10.44
O, AzNews.az-a açıqlamasında bildirib ki, Eynulla Fətullayevin yazdıqları cəfəngiyatdan başqa bir şey deyil: “Mənə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Analitik İdarəsinin rəisi vəzifəsi təklif olunub. Bu, general vəzifəsidir. Ancaq mən bu vəzifədən imtina etdim. Əgər mən bu vəzifədən imtina etmişəmsə, gedib hər hansı bir kəsə işləyəcəyəm? Eynulla Fətullayev yazır ki, mən Azərbaycanda ABŞ və Ukraynalılarla inqilab etmək istəyirəm. Digər tərəfdən isə deyir ki, guya, mən hakimiyyətə işləyirəm. Yazıda adı çəkilən Babək Muradovu tanıyıram. Diqqət edin, mənə general vəzifəsi təklif olunub, siz nədən danışırsınız, Babək Muradov bu təklifin qarşılığında nədir ki?”
Xatirladaq ki, qalmaqallı jurnalist Eynulla Fətullayevin müəllifi olduğu “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalədə ölkənin bir sıra tanınmış müxalifət yönümlü media və ictimai xadimlərinin casusluq fəaliyyəti ilə bağlı məqamlar yer alıb.
Həmin yazıda “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev haqda isə bunlar qeyd olunub: “Babək Muradov adlı sahibkarın vasitəsi ilə MTN-lə əməkdaşlıq edir. Babək Muradov MTN rəhbərliyinə yaxın şəxsdir. M.Əliyev maskalanmış radikal müxalifətçi rolunda B.Muradova informasiyaları sızdırır”.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR