Nida.az
“Seçkilərdə 37 min 77 namizəd mübarizə aparacaq” – MSK sədri mətbuat konfransı keçirir
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 23-də Azərbaycanda keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərlə bağlı mətbuat konfransı keçirib.
Publika.az-ın məlumatına görə, çıxış edən M.Pənahov deyib ki, bələdiyyə seçkilərinə hazırlıq yüksək səviyyədə həyata keçirilir.
Seçkilərlə bağlı müxtəlif tədbirlərin təşkil olunduğunu vurğulayan M.Pənahov qeyd edib ki, sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində 8 siyasi partiya iştirak edir: “Ancaq 30 siyasi partiyanın üzvləri isə müstəqil namizəd kimi seçkilərdə iştirak edəcəklər. Artıq 5 min 15 məntəqə seçkilərin çox yüksək səviyyədə keçirilməsinə hazırdır. Seçkilərdə 37 min 77 nəfər namizəd mübarizə aparacaq. Seçkilər yalnız işğal altında olan ərazilərimizdə məlum səbəblərdən keçirilmir. 5 min 15 məntəqədə səsvermədə həyata keçiriləcək. Seçki ərəfəsi fəallıq isə heç də zəif deyil. Bundan əlavə, biz daxili işlər naziri ilə də birgə işlər görürük ki, seçkilərdə təhlükəsizlik və digər bu kimi hallarla bağlı polis gücləndirilmiş iş rejimində çalışsın. Mən əminəm ki, sabah da seçkilərdə polis öz işini yüksək səviyyədə həyata keçirəcək və polislə bağlı problem olmayacaq”.
Vasif Həsənli
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb